Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Tarix: 23.10.2018 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov oktyabrın 23-də ölkəmizdə səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, ölkəmizdə mövcud olan multikultural, tolerant cəmiyyətdən danışıb. Bildirib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi dövlətdir. Dünyada dinlər arasında baş verən qarşıdurmalara, ayrı-seçkiliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, Alban kilsəsi də fəaliyyət göstərir. Prezidentin köməkçisi Azərbaycan ilə İslam ölkələri arasında əlaqələrə, respublikamızın İslam Əməkdaşlıq Təşkilatına verdiyi töhfələrə də toxunub.
Əli Həsənov, həmçinin qonaqlara Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi şərəfli yol, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin qurulması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə olunan nailiyyətlər, xüsusilə də qeyri-neft sektorunun, turizmin inkişafı istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat verib.
Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb. Ərəb ölkələrinin media təmsilçiləri Azərbaycandakı multikultural və tolerant mühitin, Bakının gözəlliyinin, bütövlükdə Azərbaycanda müşahidə etdikləri inkişaf prosesinin onlarda zəngin təəssürat yaratdığını vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info