“Bu gün Azərbaycan gəncləri cəmiyyətin aparıcı qüvvələrindən biridir”
Tarix: 05.07.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Kənan Nəsibov: “Son illərdə azərbaycanlı gənclərin sürətli şəkildə
Avropaya inteqrasiyası başlayıb”


Türkiyənin Kemerburqaz Universitetində təhsil alan Kənan Nəsibovla müsahibəni təqdim edirik.

- Kənan, öncə mümkünsə özünüz haqda məlumat verərdiniz.
- 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Tofiq İsmayilov adına liseydə almışam. Ali təhsilə Polşanın Vroslavski Universitetində başlamışam. Hazırda isə təhsilimi Türkiyənin Kemerburqaz Universitesində davam etdirməkdəyəm. Perspektivli karyera üçün çalışmaq ən böyük hədəfimdir. Siyasət də bu hədəfin ayrılmaz parçasıdır.
- Azərbaycanlı gənclərin cənab Prezidentin ətrafında toplaşmasını necə qiymətləndirirsiniz?
- Dövlətimizin yürütdüyü gənclər siyasəti bir sıra sahələri əhatə edir və burada böyük rol gənclər təşkilatı ilə birlikdə gənclərin üzərinə düşür. Bütün keçirilən tədbirlər, gənclərin bir araya toplanıb sosiallaşması ilə yanaşı, asudə vaxtların səmərəli istifadəsinə də yol açır. Ümumiyyətlə, Azərbaycan gəncləri hazırda cəmiyyətin aparıcı qüvvələrindən biridir və gənclərimizin dövlətçiliyi dəstəkləməsi, əlbəttə ki, müsbət haldır.
- Xaricdəki azərbaycanlı gənclər diaspor sahəsində aktivdirlərmi?
- Polşada yaşadığım müddətdə daim diaspor işləriylə məşğul olub ölkəmizi dəstəkləmişəm, necə deyərlər, ağlamayan uşağa süd verməzlər. Ona görə hansı ölkədə yaşamağından asılı olmayaraq azərbaycanlılar daim yaşadıqları ölkədən öz haqlarını tələb etməli və beynəlxalq arenada Azərbaycana dəstək vermələri üçün onlara təzyiq etməlidir. Bunu əgər birinci biz özümüz etməsək, xaricdən necə gözləyə bilərik? Xatırlayıram ki, Polşanın Vroslav şəhərində Xocalı soyqırımını biz azərbaycanlı tələbələr şəhərin mərkəzi meydanında yad etmişik. Mən istərdim ki, hər il belə günlərdə bütün tələbələrimiz bir araya toplaşıb bunu qeyd etsinlər. Çox sevindirici haldır ki, son illərdə azərbaycanlı gənclərin sürətli şəkildə Avropaya inteqrasiyası başlayıb və bunun sayəsində belə hadisələrin sayının artacağını düşünürəm.
- Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
- Fikrimcə, gənclərin xaricdə təhsil almasının çox böyük müsbət cəhətləri var. Xaricdə təhsil alan azərbaycanlı gənclər bütün işləri birinci əldən öyrənirlər, bu isə həmin tələbələrin Vətənimizə hazır kadr kimi dönməsinə gətirib çıxarır. Azərbaycan Respublikasının 2007-2015-ci illərdə gənclərimizin dövlət hesabına xaricdə təhsil almasına dair proqramı var. Vətəndən kənarda təhsil almaq istəyən vətəndaşlarımız bu imkandan faydalana bilərlər. Xaricdə təhsil almaq insanın yalnız təhsillə bağlı biliklərini genişləndirməsindən ibarət deyil. Tələbəlik dövrü elə bir dövrdür ki, hər bir insan onu yaşamalıdır. Şəxsən mənim ailəmdən kənarda yaşamağa başlamağım tələbəlik dövrünə təsadüf edir. Bu dövr insanın həyatı tək yaşamasından tutmuş nəyi necə etməsinə qədər hər bir işdə təcrübə qazanmasına səbəb olur. Tələbəlik illəri xarici ölkədə olduğu zaman bütün öhdəliklər ikiqat artır və yeni millətlər, irqlər, mentalitetlər görüb, tanıyıb, onların içərisində yaşamaq imkanın olur. Bütün bunlar tələbənin dünyəvi görünüşlü bir şəxs kimi yetişməsinə gətirib çıxarır.
- İstanbulda gənclərlə bağlı hansı fəaliyyət göstərirsiniz?
- Əvvəla, İstanbulda bu ilin sentyabr ayından təhsil aldığımı vurğulamaq istərdim. Azərbaycan həqiqətlərinin təbliğ edilməsi üçün ölkəmizin tarixi günlərində keçirilən tədbirlərdə iştirak etmişəm. 20 Yanvar hadisələrini anma günündə Leventdə yerləşən Azərbaycan konsulluğunun təşkil etdiyi tədbirə qatılmışam. Yaşadığım ölkədən asılı olmayaraq daim Azərbaycan həqiqətlərinin təbliğində aktiv işlər aparıram. Bildiyiniz kimi, millət vəkilimiz Qənirə Paşayevanın Türkiyəyə tez-tez səfərləri olur. Hər dəfə millət vəkilimizin qatıldığı tədbirlərdə yer almaqdayam. İslahatçı Gənclər Birliyinin Türkiyə təmsilçisi olduğum üçün təşkilatımızın Türkiyədə təşkil etdiyi “Xocalıya ədalət” həftəsində bir çox bələdiyyələrdə çıxışlarımız olub. Türkiyənin ən məşhur kanallarından olan “Kanal D” telekanalında Xocalıyla bağlı sual qaldırmışam (http://www.youtube.com/watch?v=fSJ-7ctmWUs). Özüm isə universitetimizdə qurulan “Türk dövlətlərinin tarixi və mədəniyyəti” adlı klubda sədrin köməkçisiyəm. Azərbaycan Respublikasının maraqlarını dəstəkləmək qarşımda duran ən böyük öhdəliklərdən biridir. Güclü Azərbaycan görmək istəyiriksə, hamımız bir-birimizə dəstək olmalı və uğurlu yolda addımlar atmalıyıq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info