“Rusiyalı deputat tərəfindən Xocalı soyqırımına obyektiv qiymət verilməsi alqışa layiq haldır”
Tarix: 23.10.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Tahir Kərimli: “Savelyevin Xocalı soyqırımına reaksiyası Azərbaycan hökumətinin Rusiya ilə qurduğu düzgün siyasətin nəticəsidir”

Bu günlərdə Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar. O, həmçinin bildirib ki, Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir.

“Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”, - deyə rusiyalı deputat əlavə edib.
Rusiyalı deputatın bu cür səmimi və reallığı əks etdirən fikirlər səsləndirməsinə reaksiya verən deputat Tahir Kərimli deyir ki, Xocalı soyqırımı kimi həssas məsələyə belə obyektiv qiymət verilməsi Azərbaycanın haqq səsinin müdafiəsi kimi dəyərləndirilməlidir: “Şəxsən mən cənab Savelyevin Xocalı soyqırımı ilə bağlı reallığı əks etdirən fikirlər səsləndirməsini yüksək qiymətləndirirəm. Əvvəla, rusiyalı həmkarımız ümumbəşəri mövqedən çıxış edib. Yəni ki, Xocalı soyqırımı o qədər böyük bir faciə, fəlakətdir ki, bu, hətta istənilən milli, dini təəssübkeşliyi də üstələyir. Rusiya Federasiyası Dövlət Duması deputatının bu cür obyektiv mövqe sərgiləməsi ondan xəbər verir ki, iki ölkə arasında olan münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, soyqırımını öz adıyla çağırmaq lazımdır. Yəni, bəzən deyirlər ki, Rusiyada Ermənistanın işğalçı siyasətini dəstəkləyən dairələr mövcuddur. Amma belə mövqelərin sərgilənməsi bir daha onu göstərir ki, reallıq başqadır, tez-tez qonşu dövlətdən obyektiv mövqe sərgilənir”.
Millət vəkili deyir ki, Türkiyəyə gedərək soyqırımı qurbanların abidəsi önünə gül qoymaq və bu formada Xocalıya obyektiv qiymət verilməsi alqışlanmalıdır: “İkincisi, rusiyalı deputat tərəfindən belə bir açıqlamanın verilməsi onu ifadə edir ki, Rusiya dövlətinin daxilində Azərbaycanla normal münasibət qurmaq istəyən, əlaqələrin daha da inkişafında maraqlı olan dairələr az deyil. Üçüncü bir tərəfdən isə deputat hamıya, bütün dünyaya məsləhət görür ki, bu cür soyqırımları təkrarlanmasın, buna zəmin yaradacaq münaqişələr, işğal siyasəti sərgilənməsin deyə, belə qırğınlar unudulmamalıdır, Xocalı bütün dünyada təbliğ olunmalıdır. Yəni bəşəriyyət bu cür siyasətdən qaçmalıdır, bütün dünya bilməlidir ki, ermənilər təkcə torpaq davası etməyiblər, vəhşiliklər törədərək etnik təmizləmə siyasəti də yürüdüblər. Fikrimi ümumiləşdirsəm deyərdim ki, Savelyevin belə qəti mövqe sərgiləməsi mühüm məsələdir, hətta bu cür reallığı əks etdirən dəyərləndirmələr Rusiya-Azərbaycan münasibətlərinin daha da irəli aparılmasında yaxşı rol oynaya bilər”.
Tahir Kərimli onu da əlavə etdi ki, son dövrlərdə şimal qonşumuzla olan iqtisadi münasibətlər daha da inkişaf edib, bu ölkəyə bağlılıqlar da az deyil-mədəni əlaqələr, hərbi əməkdaşlıqlar və s. daha da irəli gedib: “Ümumilikdə, əməkdaşlıq yüksələn xətt üzrə irəliləyir desək, yanılmarıq. Erməni lobbisi Rusiyada Azərbaycanın xeyrinə hərəkət edəni gözümçıxdıya salır, sıxışdırır. Bunu son dövrlərdə bir-iki aktiv Rusiya ziyalısı, politoloquna qarşı olan təzyiqlərin nümunəsində görmüş olduq. Ona görə də Savelyevin belə bir zamanda cəsarətli çıxış etməsini alqışlamalıyıq, hətta onun Türkiyəyə gedib abidəni ziyarət edərək bu proseslərdə iştirak etməsini yüksək dəyərləndirməliyik. Ümumiyyətlə, bir məsələyə diqqəti çəkmək istərdim ki, son illərdə belə haqlı çıxışlar edən mühüm şəxslərin sayının artması yaxşı əlamətdir. Biz görürük ki, bir neçə dövlət xadimləri, ictimai-siyasi xadimlər, politoloqlar artıq Xocalı soyqırımının qiymətləndirilməsində, Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan gərginlikdə ölkəmizin tərəfini saxlamalarında, haqq işimizi müdafiə etmələrində canlanma yaranıb. Yəni haqqı, ədaləti deyənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bütün hallarda belə açıqlamalar verənləri yüksək qiymətləndirirəm. Son belə addıma-Savelyevin Xocalı soyqırımına reaksiyasına gəldikdə isə, zənnimcə, bunu da qeyd etməliyik ki, bu həm də Azərbaycan hökumətinin Rusiya ilə qurduğu düzgün siyasətin nəticəsidir. Bu Azərbaycan rəhbərliyinin də qarşı tərəfə doğru-düzgün münasibətinin nəticəsidir. Məncə, bu münasibətlərin nəticəsidir ki, artıq bu səviyyəyə çatmışıq ki, Rusiya siyasət adamları Azərbaycanın ədalətli işini aşkar şəkildə müdafiə etməyə qalxıblar”.
Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
19.11.2018
“Azərbaycan dövləti hər zaman diasporun yanındadır”
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info