“Teleradio məkanında ədəbi dil küçə danışıq normalarına uduzur”
Tarix: 05.07.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Ümumrespublika yayımçısı statusu almış televiziyaların aparıcıları dialektdə, ləhcədə danışa bilməz”

“Hazırda Azərbaycanın televiziya və radio məkanında ədəbi dil normaları, küçə, bazar, şou-biznes danışıq normalarına uduzur”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, televiziya və radio məkanında bununla bağlı balans çox ciddi şəkildə pozulur: “Ölkədə bəzən belə bir fikir formalaşdırılır ki, xalq danışıq dili hər yerdə olmalıdır. Bu, tamamilə yanlış bir fikirdir. Azərbaycanda teleradio kanallarında çalışan aparıcılar kimliyindən asılı olmayaraq ədəbi dil qaydalarını mütləq bilməlidir. Kinolarda, tamaşalarda xalq danışıq dili saxlanmalıdır. Amma istər idman, istər mədəniyyət, istərsə də xəbər aparıcıları Azərbaycanın ədəbi dil qaydalarını bilməlidirlər”.

Nuşirəvan Məhərrəmli qeyd edib ki, müasir Azərbaycan dilçiliyində televiziya materiallarının dili əsasında nitq mədəniyyəti və ədəbi dil normalarının öyrənilməsinə xüsusi tələbat var. O, təəssüflə qeyd edib ki, teleradio məkanında aparıcıların tələffüzündə çoxlu nöqsanlara yol verilir: “Verilişlərin bəzilərində aparıcıların mətnlə əvvəlcədən tanış olmadıqlarını müəyyənləşdirmək o qədər də çətin olmur. Mədəni nitqə verilən müxtəlif tələblər var və telekanal aparıcıları da öz nitqlərini bu tələblərə cavab verə biləcək şəkildə qurmalıdırlar”.
MTRŞ sədri onu da vurğulayıb ki, Azərbaycan televiziya kanallarında nümayiş olunan verilişlərdə aparıcıların nitqini müşahidə etdikdən sonra belə bir nəticəyə gəlinib ki, onların nitqində ədəbi dil normalarına hər zaman riayət olunmur: “Monitorinq “ANS”, “ATV”, “İTV”, “Xəzər”, “Space”, “Lider” kanallarında yayımlanan informasiya verilişlərinin, müsiqili-əyləncəli proqramlarının, şou və tok-şouların dili üzərində aparılıb. Müşahidələr əsasən 4 sahəni əhatə edib ki, bunlara fonetik, leksik, qrammatik və üslub normaları daxildir. MTRŞ rəhbəri qeyd edib ki, orta təhsillərini ana dilimizdə almayan insanların televiziyada aparıcılıq etməsi geniş hal alıb. Bu məsələ, xüsusilə rusdilli insanların televiziyalarda aparıcılıq etməsi çox böyük nöqsanlarla müşahidə olunur. Onun sözlərinə görə, aparıcılar bəzən məhəlli dialekt, şivələrdən, jarqon, bayağı sözlərdən daha çox istifadə edirlər: “Bunlar hamısı birmənalı şəkildə olmaz. Ümumrespublika yayımçısı statusu almış hər bir televiziya kanalı Azərbaycan televiziyasıdır və burada aparıcılar dialektdə, ləhcədə danışa bilməz. O, Azərbaycanın ədəbi dil qaydalarına uyğun danışmalıdır. Regional televiziya kanalında belə hallar müşahidə edilərsə, bunu müəyyən mənada başa düşmək olar. Amma ümumrespublika yayımçılarında belə hallar baş verməməlidir”. Ümumilikdə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların ortaya çıxarılmasına gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək edəcək”.
Günay




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info