Pakistan Prezidenti Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisini qəbul edib
Tarix: 23.10.2018 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın dəvəti ilə oktyabrın 22-dən bu ölkədə səfərdədir. Oktyabrın 24-dək davam edəcək səfər çərçivəsində general-polkovnik Elçin Quliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi tərəfindən qəbul edilib.
Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu, Pakistanın 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini, eləcə də Xocalı soyqırımını tanıyan ilk ölkələrdən biri olduğu vurğulanıb. Həmçinin 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, ölkə rəhbərləri və hökumət nümayəndələri səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirildiyi, Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daim Azərbaycanın mövqeyini dəstəklədiyi qeyd edilib.
General-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərində mövcud əməliyyat şəraiti haqqında Pakistan Prezidentinə məlumat verib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, Azərbaycan-İran sərhədinin 132, Azərbaycan-Ermənistan sərhədinin isə 733 kilometrlik hissəsinin nəzarətsiz qaldığı qeyd edilib. Əlavə olaraq, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti, həyata keçirilən islahatlar, maddi-texniki bazanın inkişafı üzrə görülmüş işlər və əldə olunan nailiyyətlər barədə də ətraflı məlumat verilib.
General-polkovnik Elçin Quliyevin Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayat ilə görüşündə ölkələrimiz arasında dostluq əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edilib. Bundan başqa, sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin qurulması və inkişaf etdirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi, tərəflərin müvafiq heyətinin xüsusi təlim və kurslarda iştirakı və s. məsələlər müzakirə olunub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasının Quru Qoşunlarının Komandanı, general Qamar Cavad Bacva, Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Zəfər Mahmud Abbasi və Pakistan İslam Respublikasının 11-ci ordu korpusunun komandiri, general-leytenant Nazir Əhməd Batla da görüşlər keçirib. Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri davam edir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info