Ermənistan parlamentində ermənilərin Xocalıda soyqırımı törətdiyi bəyan edildi
Tarix: 05.07.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib”


“Xocalıda baş verən soyqırımını ermənilər törədib və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib”. Bunu Moldova parlamentinin üzvü Aureliya Qriqoriu Ermənistan parlamentində çıxış edərkən bildirib. Qeyd edək ki, Ermənistan parlamentində Ümumavropa Konfransı keçirilir. Aureliya Qriqoriu “Dondurulmuş münaqişə zonalarında insan haqlarının qorunması” mövzusunda məruzə ilə çıxış edib. Xanım Qriqoriu “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib” ifadələrini səsləndirərkən zalda olan bəzi iştirakçılar onu alqışlayıb.
Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan isə bildirib ki, Ermənistan parlamentinin tribunasından sifarişləri yerinə yetirmək üçün istifadə etmək lazım deyil: “Mən bilmirəm, siz kimin sifarişini yerinə yetirirsiniz, amma öz çıxışınızı yazaraq sifarişçilərə göstərə bilərsiniz. Düşünürəm ki, yüksək səviyyəli qonaqlar elmi konfransın yolverilməz müzakirələr üçün istifadəsinə etiraz etməlidirlər”. Aureliya Qriqoriu buna cavab olaraq deyib ki, münaqişənin təfərrüatlarına varmaq fikrində deyil: “Yalnız onu deyə bilərəm ki, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulması yolverilməzdir”.




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info