“Regiondakı geosiyasi vəziyyət Ermənistanın xeyrinə deyil”
Tarix: 26.10.2018 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Con Bolton da ermənilərə açıq mətnlə bildirdi ki, onlar üçün yeganə doğru yol Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri Ermənistan üçün uğurlu olmadı.
Əvvəla, xüsusi vurğulamaq lazımdır ki, ABŞ rəsmiləri təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda Azərbaycanın iqtisadi və siyasi çəkisinin səviyyəsini və bu parametrlərə görə Ermənistandan qat-qat üstün olduğunu yaxşı bilirlər. Con Bolton Prezident İlham Əliyevlə görüşündə “Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolunu ABŞ hökumətinin nəzərə aldığını” bildirdi.
Konkret olaraq Dağlıq Qarabağ münaqişəsi məsələsində isə problemin həllinin çox çətin olduğunu Con Bolton İrəvandakı çıxışında etiraf etdi. Onun fikrincə, hazırkı mürəkkəb geosiyasi situasiyada Dağlıq Qarabağ məsələsinin tərəflər üçün məqbul variantda həllinin tapılması vacibdir və belə olduqda, Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə sərhədləri açıla bilər. Hazırkı situasiya deyəndə, Con Bolton, birinci növbədə, İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tuturdu. Diqqət edin, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır, Gürcüstan vasitəsilə Rusiyaya çıxışı da etibarlı və daimi deyil. Qarşıdan qış gəlir və tez-tez Lars keçidində ləngimələr baş verəcək. Ümumiyyətlə, ermənilər daimi olaraq bu keçiddə problemlərlə qarşılaşırlar. İrana qarşı noyabrın 4-dən sanksiyaların yeni mərhələsi işə düşdükdən sonra Ermənistanın bu ölkə ilə də iqtisadi əlaqələrində ciddi problemlər yaranacağı şübhəsizdir. ABŞ Ermənistana görə özünün qlobal siyasətində dəyişiklik etməyəcək. Beləliklə, elə bir situasiya yaranıb ki, Ermənistan işğalçı siyasətinin girovuna çevrilib. Buna görə də, Con Bolton ermənilərə açıq mətnlə bildirdi ki, “xarici təzyiqləri azaltmaq üçün yeganə doğru yol Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır”. Hazırkı şəraitdə Ermənistan Dağlıq Qarabağ probleminə görə Azərbaycan və Türkiyənin, qeyri-müəyyən xarici siyasətinə görə isə Rusiyanın sərt təzyiqləri altındadır. Ermənistanın, ən azından yaxın vaxtlarda, danışıqlar masası arxasına qayıdacağı ilə bağlı bəyanatlar səsləndirməsi təəccüblü olmayacaq. İşğalçı tərəfin Ermənistan olduğunu ABŞ hakimiyyət dairələri də yaxşı bilir. Odur ki, Con Boltonun fikirlərindəki əsas məqsəd Ermənistana real situasiyanı başa salmaq olub. Real vəziyyət də tələb edir ki, Ermənistan işğalçı siyasətindən əl çəksin, əks halda onu daha ağır gələcək gözləyir.




 
Müəllifin son yazıları

30.10.2018 “Daha sərt qanunlar saytlarda yol verilən təhqir və şantajların qarşısını ala bilər”
28.08.2018 “Merkelin səfəri zamanı ən iri iqtisadi saziş Azərbaycanla bağlandı”
18.07.2018 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info