Azərbaycan gəncliyi milli siyasətə səs verməlidir
Tarix: 05.07.2013 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Ölkəmizdə prezident seçkiləri yaxınlaşdıqca siyasi arenada olan maraq qrupları bir çox ideyalar irəli sürür, özlərinin gələcək seçki platformalarının əsas tezislərini bildirirlər. Qeyd etmək lazımdır ki, bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ölkəmizdə demokratik ənənələrin daha da bərqərar edilməsi, institusional inkişaf istiqamətində növbəti addım olacaq. Seçki demokratiyanın təməl prinsiplərindəndir və təsadüfi deyildir ki, seçkiləri siyasi və sosial sistemdə sakitləşdirici və yeniləşdirici proses kimi qeyd edirlər. Amma nəzərə almaq lazımdır ki, bu hal yalnız sağlam qüvvələrin seçkidə iştirakı zamanı mümkün olur. Təəssüf ki, dünya seçki praktikası göstərir ki, seçki kampaniyası zamanı proseslərdə konstruktiv qüvvələrlə yanaşı, bir sıra hallarda sifarişli, destruktiv qüvvələr də iştirak edir ki, bu da yuxarıda qeyd etdiyimiz kimi, heç də siyasi sistemin yenilənməsinə, demokratik təsisatların bərqərar olunmasına xidmət etmir və əks effekt verir.
Anlaşılmaz demokratikləşmə çağırışları
Qeyd etdiyimiz kimi, bir neçə aydan sonra xalqımız seçkilərdə iştirak edərək özünün növbəti beş il üçün prezidentini, silahlı qüvvələrin Ali Baş Komandanını seçərək ona ən ali konstitusion səlahiyyət verəcək. İndidən artıq seçki kampaniyasına hazırlıqlar gedir, siyasi qüvvələr ən müxtəlif gedişlər edir və bir çox hallarda öz proqramlarını irəli sürür. İlk baxışda Azərbaycan siyasi arenası maraq qrupları ilə bol olan arenanı xatırladır. Bu, doğrudan da, belədir. Ölkəmizdə konstruktiv siyasi qüvvələrin fəaliyyəti üçün əlverişli şərait var. Amma bir çox hallarda siyasi proseslərdə milli mənafe ilə üst-üstə düşməyən ideyalar irəli sürən qüvvələr də iştirak edir. Bu mənada hesab edirəm ki, “milli şura”nın fəaliyyətinə diqqət yetirmək lazımdır. İlk növbədə adından göründüyü kimi, “milli şura” özünü demokratik qüvvələrin birləşdiyi təsisat sayır. Amma şuranın irəli sürdüyü ideyalara baxanda başqa təəssürat formalaşır. Məsələn, elə götürək onların proqramlarında qeyd etdiyi ikiillik keçid dövrünü. Bu ideya özü-özlüyündə absurddur. “Milli şura”da təmsil olunanalar bildirir ki, bu müddət institusional islahatların həyata keçirilməsi dövrü olacaq. Amma görünür, həmin şəxslər unudurlar ki, bu proseslər bir və ya iki günün və ya ilin içində aparılmır. Azərbaycan keçid dövrünə 15 ildən çox bir vaxt sərf edib. Bu dövrdə təkcə iqtisadiyyat deyil, eləcə də demokratiyanın təməl prinsipləri, məsələn, hakimiyyət bölgüsü, konstitusion nəzarət, çoxpartiyalı sistem və ümumilikdə hüquqi dövlətin bir çox əlamətləri elan edilib və qurulub. Dövlət mexanizminin təşəkkül tapmasına illər və xalqın enerjisi sərf olunub. Bu işdə bizim hamımızın səbri və zəhməti olub və biz keçid dövrünü artıq keçmişik. Buna görə də bütün bunlardan sonra seçkilərdə hansısa inqilabi ideyalarla çıxış etmək və mövcud sistemi kökündən dəyişmək kimi çağırışlar etmək normal məntiq qanunlarına sığmır.
Tənəzzül ssenarisi
“Milli şura”nn bəyan etdiyi prinsipləri, xüsusilə də keçid dövrü məsələsini təhlil edən zaman aşağıdakı maraqlı nəticələrə gəlmək olar. Əslində “milli şura”nın bəyan etdiyi keçid dövrü heç də onların iddia etdiyi kimi demokratiyanın təntənəsi, yeni ümidlərin və üfüqlərin formalaşması deyil, onların sönməsi və batması demək olacaq. Onların ikiillik xəyali “keçid dövrü”ndə dövlət aparatı öz fəaliyyət keyfiyyətini itirəcək. Həyata keçirilən proqramlar-aparılan gənclər siyasəti, xaricdə təhsil proqramı, iqtisadiyyatın idarəedilməsi proqramları öz fəaliyyətlərini qeyri-müəyyən vaxta qədər dayandıracaq. Enerji təhlükəsizliyi məsələləri təhlükə altında qalacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar və ölkənin hərbi-müdafiə qabiliyyətinin artırılması istiqamətində fəaliyyət proqnozlaşdırıla bilinməyən istiqamətdə cərəyan edəcək. Bir çox şəxslər özlərinin merkantil maraqlarını həyata keçirmək üçün hər bir işə əl atacaqlar. Bu tip proseslərdən istifadə edən xarici qüvvələr isə Azərbaycanın zəifləməsi üçün öz planlarını işə salacaqlar. Bu mənada “milli şura”nın qarşıya qoyduğu “keçid planı” və ümumilikdə seçkidə birgə iştirak məsələsi hesab edirəm ki, demokratiyanın təntənəsi deyil, ölkəmizin illərlə geri düşməsinin başlanğıc ssenarisidir.
Leqal və legitim institusional mexanizmlərə qarşı açıq yürüş
Yaddan çıxarmaq lazım deyil ki, bir vaxtlar ölkəmizin dövlət büdcəsinin bir neçə milyon dollar olduğu dövrlərdə indiki özlərini “milli şura” adlandıran şəxslər hakimiyyət davası edir, müxtəlif xarici qüvvələri köməyə çağırır, hadisələrin hansısa xarici qüvvələr tərəfindən razılaşdırıldığını bəyan edirdilər. Bu hadisələrin üstündən heç də çox zaman keçməyib. 20 ildən sonra yenə də özünü milli qüvvələr adlandıran şəxslər naməlum ssenarilər üzərində dövlətçiliyə, leqal və legitim institusional mexanizmlərə qarşı çıxır və hakimiyyətə nail olmaq istəyirlər. Əslində hakimiyyətə gəlmək istəyi normaldır, bütün məntiq qanunlarına uyğundur, çünki müxalifət, ilk növbədə, siyasi hakimiyyətin alternativi olmalıdır. Amma onu da nəzərə almaq lazımdır ki, siyasi hakimiyyətə alternativ olan təsisatlar sağlam, savadlı, gənc və ən əsası konstruktiv qüvvələrdən təşkil olunmalıdır. Bunu isə biz bu gün müşahidə etmirik. Bu gün müşahidə olunan reallıq ondan ibarətdir ki, cəmiyyətdən kənarda qalan, marjinallaşmış qrup özünə daxildən deyil, xaricdən “vahid namizəd” taparaq 9 milyonluq xalqın içindən hansısa 84 nəfərin dəstəyi ilə seçkilərə gedir və bu zaman elə seçkiqabağı tezislər kimi cəmiyyəti və dövləti sarsıda bilən fikirlər irəli sürür. Diqqət yetirsək, görərik ki, bu şəxsləri heç bir gənc qüvvələr, ölkə daxilində fəaliyyət göstərən müxtəlif gənclər təşkilatları, xaricdəki fəal diaspor təşkilatları və ya xarici təhsilli gənclər müdafiə etmir. Bu da onu göstərir ki, “milli şura” sosial bazaya malik deyil. Sosial bazası olmayan qüvvələrin isə leqal və legitim yolla hakimiyyətə gəlişi mümkün deyil. Sözsüz ki, cəmiyyətimiz bütün bunları görür və reaksiya verir və son reaksiyanı seçki günü verəcək. Hesab edirəm ki, seçkilərdə Azərbaycan xalqı, Azərbaycan gəncliyi qısa müddətdə irəli sürülən, xaricdən qaynaqlanan və heç bir elmi əsası olmayan ideyalara deyil, millli qüvvə olan Prezident İlham Əliyevə və onun tərəfindən aparılan real siyasətə səs verməlidir.
Əlimərdan Sultanov
“2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili Dövlət Proqramı”nın məzunu




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info