Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir
Tarix: 26.10.2018 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


«ArmenianReport»: “Belə görünür ki, amerikalılar tərəfindən bizə uzanan əl havada qalacaq”

Con Boltonun Ermənistana səfəri haqqında «ArmenianReport» saytı yazır: «Gördüyünüz kimi, artıq biz Amerikanın əlini Ermənistana uzatdığına dair əsaslı bir nəticə əldə edə bilərik. İndi sual yaranır: rəsmi İrəvan ona tərəf uzadılmış əli qəbul edəcəkmi? Yoxsa, əsrlər boyu Ermənistanın Rusiyanın köməyi olmadan bir gün yaşayamayacağına dair deyilənlər yenə də davam edəcəkmi?
Heç bir sirr deyil ki, öllkədəki «məxmər İnqilabın»dan sonra bir çoxumuz yeni hakimiyyətin Kremli Ermənistandan çıxartmaq imkanına malik olacağına ümid bəsləyirdik. Bunun üçün xeyli amillər də var idi. Birincisi, biz Paşinyan və onun tərəfdarlarının Sarkisyan hakimiyyətinə qraşı müxaif mövqeyəindən xəbərdar idik. İkincisi isə yeni hakimiyyət Qərbdə müasir təhsil almış şəxslərin hesabına formalaşdırılmışdı. Bundan əlavə, onların bir çoxu amerikan təşkilatlarında və fondlarında işləmişdilər. Nəhayət, Moskvada inqilabdan sonrakı Ermənistanın daxili siyasi proseslərinin qəbuledilməzliyi aydın görünürdü. Bu məqamda, Ermənistanın xarici siyasətdə dönüş etmək üçün bütün «imkanlara» malik olduğu açıq görünürdü. Lakin bütün bunlar həyata keçirilmədi. Bu da nəticəsi... Belə ki, «məxməri inqilab»dan artıq yeddi ay keçsə də, Ermənistan hələ də Koçaryan-Sarkisyan hökuməti dövründə olduğu kimi Rusiya ilə bağlıdır. Yəni Ermənistan, onun yeni hökuməti üçün heç nə dəyişməyib. Biz Avrasiya İqtisadi Birliyini, KTMT-ni tənqid etsək də, ancaq bu təşkilatlardan çıxmağa cəhd belə göstərmədik.
Avropada NATO sammitinə qatılan Paşinyan və onun hökumət üzvlərindən heç biri Ermənistanın Şimali Atlantika Alyansına üzv olmaq istəyini bildirməyə cəsarət etmədi. Avropa İttifaqında müzakirələrə qatılan Ermənistan bu təşkilata üzv olmaq istədiyini gizlətməsə də, yeni hakimiyyət hələ də güclü Putinlə oyun oynayır. Təsəvvür edin ki, heç bir xarici dövlət rəhbəri bu qısa vəxt kəsiyində Paşinyan qədər Rusiya rəhbəri ilə görüşməyib.

“Bu gün ölkədə Rusiyadan pul gözləyən ailələr ümidsiz vəziyyətdədirlər”

Ona görə də, bütün bu yaşananları nəzərə alsaq, ABŞ nümayəndəsinin İrəvan barədə səsləndirdiyi «iradlar» düzgün qiymətləndirilməlidir. Paşinyan Rusiya ilə oyunu davam etdirəcəksə, belə görünür ki, amerikalılar tərəfindən bizə uzanan əl havada qalacaq. Nəticə isə hələ indidən göz önündədir: Kremldən asılı qalan Ermənistan bu siyasətlə sivil dünyaya tamarzı qalacaq. Qeyd edilməlidir ki, bu, erməni cəmiyyətinin əksəriyyətinin Paşinyandan imtina etməsinə səbəb olacaq. Bütün bunları artıq Paşinyanın özü də başa düşür. Belə olan halda o, hələ də yüksək reytinqi hesabına hakimiyyətdə qalmağa ümid edirmi? Buna görə də, reytinqin həmişə sabit qalmadığını, elə Paşiynanın özünə də xatırlatmaq lazımdır».

Erməni miqrantların Rusiyaya getməsi çətinləşir
Maraqlıdır ki, bu arada Rusiyanın Federal Miqrasiya Xidməti ölkə ərazisinə beş il müdədtinə daxilolma qadağası ilə çıxış edib. Bu qadağdan daha çox ermənilərin əziyyət çəkəcəyini yazan «Tert. am» saytı Paşinyanın Rusiya rəhbəri qarşısındakı «xidmətlərinin» əvvəlki ölkə rəhbərlərindən fərqli olaraq, elə də bir effekt vermədiyini bildirib. Ermənistanda Rusiyadan pul gözləyən erməni ailələrinin gələcək taleyinə diqqət çəkən sayt yazır: «…Axı ölkə parlamenti kürsüsündən Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan dəfələrlə erməni-rus münasibətlərinin «yaxşı» olduğunu bəyan etmişdi. Bəs indi nə oldu? Bu gün ölkədə Rusiyadan pul gözləyən ailələr ümidsiz vəziyyətdədirlər. Bizim ən yaxın tərəfdaşımız Rusiya isə miqrantlara qarşı nəzarəti artırmaqdan əlavə, onların ölkələrinə daxil olmasına belə, icazə verməyib, geri göndərirlər». Saytın yazdığına görə, Rusiyadan deportasiya olunan bir qrup erməni miqrant rus hüquq- mühafizə orqanlarının «heç bir əsas olmadan» onları ölkədən çıxarmaq üçün bəhanə axtardıqlarını bildiriblər.
Belə görünür ki, bu da erməni Baş nazir əvəzinin «yüksək reytinqi»nə təsirsiz ötüşməyəcək.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info