Dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanların nəticələri açıqlandı
Tarix: 05.07.2013 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə 16 aprel, 1 və 7 may tarixlərində elan edilmiş müsabiqələrin iyunun 6-dan başlayan test imtahanı mərhələsinin ilkin nəticələri açıqlandı. Komissiyanın internet saytında yerləşdirilən məlumata əsasən, 94 dövlət orqanında beşinci-yeddinci təsnifatlara uyğun olan 1011 vakansiyaya 6114 nəfər sənəd verib. İyulun 5-dək, yəni bir ay ərzində müsabiqənin test imtahanlarında 3019 nəfər iştirak edib. Onlardan 982 nəfəri test imtahanında uğur əldə edib. Onlardan 716 nəfəri beşinci təsnifat üzrə müvafiq balı toplayaraq iddia etdiyi vəzifəyə keçib. Amma 266 nəfəri iddia etdiyi vəzifə üzrə lazım olan müvafiq 75 balı toplaya bilməyib. 70-75 bal arası nəticə göstərən həmin şəxslər altıncı-yeddinci təsnifat üzrə müsahibələrdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, ən çox namizəd qeydə alınan dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info