“Realliq.info”nun baş redaktoru İkram Rəhimov saxlanıldı, DTX araşdırır
Tarix: 27.10.2018 | Saat: 11:36:00 | E-mail | Çapa göndər


“Realliq.info” saytının baş redaktoru saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.
Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
İkram Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda istintaq araşdırmaları davam edir.




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Bakıda qonşusunu öldürməyə cəhd edən şəxs tutulub
29.10.2020
Şabranda 29 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı
28.10.2020
Astarada yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
25.10.2020
Mingəçevirdə qonşuların davasında iki nəfər xəsarət alıb
24.10.2020
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info