Füzulidə taxıl biçini kampaniyası davam edir
Tarix: 05.07.2013 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Füzuli rayonunda taxıl biçini kampaniyası davam edir. Biçinin qısa müddətdə və itkisiz başa çatdırılması üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya biçinin gedişinə gündəlik nəzarət edir, hər gün sübh tezdən qərargahın yığıncağında görülmüş işlər təhlil olunur. Bu barədə qəzetimizə rayonun İcra Hakimiyyətindən məlumat verilib.
Rayonda bu il 39,7 min hektar sahədən taxıl toplanılacaq. İndiyə qədər 26 min hektar sahə biçilib, hələlik 80 min ton məhsul əldə edilib. Bu, hər hektardan 27,2 sentner məhsul deməkdir.
Arpa əkilmiş 11 min hektar sahənin hər hektarından 25,7 sentner, buğda məhsullarının hər hektarından 29 sentner məhsul götürülür. Biçində 45 ədəd kombayn iştirak edir.
Taxıl biçininin iyulun 15-20-dək başa çatdırılması proqnozlaşdırılır.
Rayon taxılçıları ötən il 101 min ton məhsul əldə etmişdilər. Bu il həmin nəticənin daha da yüksələcəyi nəzərdə tutulur.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info