AZAL ilk “Embraer” tipli sərnişin təyyarəsini Bakıya gətirib
Tarix: 05.07.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Son illər Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası ölkəmizin hava nəqliyyatı sahəsinə də müsbət təsirini göstərməkdədir.
Ölkəmizin milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları - AZAL” da bu inkişafdan bəhrələnərək aviaparkının rahat, müasir və yüksək texniki göstəricilərə malik təyyarələrlə yenilənməsini prioritet məsələlərdən hesab edir. Bu istiqamətdə böyük uğurlara imza atan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) iyulun 4-də sifariş etdiyi ilk “Embraer-190” tipli müasir sərnişin təyyarəsini Bakıya gətirib. Dünyada hava daşımaçılığında tanınan Braziliyanın “Embraer Commercial Aviation” şirkətinin QSC üçün hazırladığı “Embraer-190” tipli müasir sərnişin təyyarəsi 106 sərnişin üçün nəzərdə tutulub. AZAL-ın sifarişinə əsasən, təyyarənin daxili və xarici dizaynı yenidən işlənib. Yüksək texnologiya ilə təchiz olunan “Embraer” tipli təyyarələr hazırda dünyada ən uğurlu kommersiya tipli hava gəmilərindən sayılır. “Embraer Commercial Aviation” şirkətinin Avropa, Rusiya və Mərkəzi Asiya regionu üzrə satış direktoru Klaudie Cheinguer təyyarənin üstünlüklərindən danışarkən deyib ki, ikimotorlu, ortamənzilli “Embraer-190” tipli hava gəmisi daha güclü mühərriklərlə, uzadılmış salonla, geniş qanad dizaynı ilə təchiz edilib. Bu təyyarələr daha az xərclə daha çox sərnişin daşımağa imkan verir. Ən yeni texnologiyaların tətbiqi nəticəsində təyyarədə sərnişinlər üçün rahat şərait yaradılıb. “Qəbələ” adlandırılan bu hava gəmisi AZAL-ın sifariş etdiyi altı təyyarədən birincisidir. Bu təyyarələr dünyanın 50-dən çox ölkəsində özünün səmərəliliyini və təhlükəsizliyini təsdiq edib.Yeni təyyarə həm daxili, həm də beynəlxalq marşrutlarda istismar olunacaq. AZAL tərəfindən 4 “Embraer-190”, 2 “Embraer-170” tipli təyyarənin alınması nəzərdə tutulub.
Günay




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info