Fransa kəşfiyyatı da interneti izləyirmiş
Tarix: 05.07.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


“Le Mond”: “Elektron məktublar, SMS-lər, “Facebook” və “Twitter”
vasitəsilə həyata keçirilən yazışmalar nəzarət altında olub”


ABŞ-ın dünya üzrə 9 əsas internet serverinə nəzarət etməsi ilə bağlı xüsusi PRİSM proqramına sahib olması ilə bağlı xəbər bütün dünyada şok effekti yaratdı. Amma nədənsə dünya dövlətlərinin bu məsələ ilə bağlı narahatlığına Fransa qatılmadı.
Bu məsələdə ən passiv mövqe tutan dövlətlərdən biri də elə Fransa oldu. Bu ölkənin «Le Mond» nəşri yazır ki, Fransa rəhbərliyi Amerika kəşfiyyatının həyata keçirdiyi interneti izləmə əməliyyatından xəbərdar olub. «Le Mond» yazır ki, Fransanın da PRİSM proqramına oxşar proqramı var. Fransa kəşfiyyatının xarici təhlükəsizliklə bağlı idarəsinin (DSGE) ölkə daxili və xaricində kompyuter və mobil telefonlar vastəsilə buraxılan siqnallara nəzarət edə bildiyi məlum olub. Bu yolla elektron məktublar, SMS-lər, «Facebook» və «Twitter» vasitəsilə həyata keçirilən yazışmalar izlənir. «Le Mond» yazır ki, həmin məlumatların izlənməsinin qanuni əsası yoxdur və bu məlumatlardan Fransa kəşfiyyatı gizli şəkildə istifadə edir. Siyasilər də bu əməliyyatlardan xəbərdar olub: «Bu proqramla bağlı bəzi detallar parlament sənədlərində əks olunub. Belə ki, parlamentin Kəşfiyyat məsələləri üzrə komitəsinin aprelin 30-da hazırladığı hesabatda qeyd edilir ki, kəşfiyyatın xarici təhlükəsizliklə bağlı idarəsi 2008-ci ildə elektrokəşfiyyat sahəsində yeni imkanar yaradan proqramın hazırlanmasına nail olub». Məqalədə qeyd edilir ki, «Google», «Facebook», «Yahoo», «Apple» və digər internet serverlərdəki aktivlik nəzarət altında olub: «Bu metod terrorizmə qarşı mübarizədə effektiv yoldur. Amma bir məsələ var ki, həmin proqramın vasitəsilə istənilən şəxsi izləmək mümkündür. Həmin proqram vasitəsilə milyardlarla informasiya DSGE-nin Parisin Morte bulvarının yaxınlığında yerləşən mənzil-qərargahının üç yeraltı mərtəbəsində saxlanılır. Həmin informasiyalara Fransanın 6 kəşfiyyat orqanının çıxışı var. Qanunla insanların belə kütləvi şəkildə izlənməsi qadağandır. Belə dinləmə qanun çərçivəsində fərdi şəkildə aparıla bilər. Amma Fransa xüsusi xidmət orqanları neçə ildir ki, heç bir icazə olmadan insanları dinləməklə məşğuldur».
Anar




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib
18.04.2019
Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb
18.04.2019
Son sözü Ali Seçki Komissiyası deyəcək
18.04.2019
Liviyada üç günlük matәm elan olunub
17.04.2019
Sudan parlamentinin spikeri Xartum aeroportunda saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info