Misirin bəzi bölgələrində fövqəladə vəziyyət elan olundu
Tarix: 05.07.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Misirdə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış sabiq prezident Məhəmməd Mursinin tərəfdarları Rabiatül Ədeviyyə meydanında etiraz aksiyası keçiriblər. Mursi tərəfdarları “Hərbi çevrilişə yox”, “Oyan Sisi, liderimiz Mursi” deyə şüarlar səsləndirirlər.
Onlar Müdafiə Nazirliyinin binasına doğru yürüş ediblər. Misirin Sina yarımadasında isə ordu mərkəzlərinə və bir polis məntəqəsinə silahlı hücumlar olub, hücum edənlər qumbaraatan və pulemyotlardan istifadə ediblər.
Hücumlar nəticəsində bir hərbçi ölüb, iki hərbçi yaralanıb. Sina yarımadasının şimalında yerləşən qəsəbələrdə ordu hissələri və polis məntəqələrinə hücumların başladığı da qeyd olunur. Hücumların islamçı qruplaşmalar tərəfindən gerçəkləşdirildiyi bildirilir. Xatırladaq ki, Məhəmməd Mursinin devrilməsindən sonra bir çox silahlı qruplaşma ordunu kütləvi terror aktları ilə təhdid edib. Bundan sonra Misir ordusu Süveyş bölgəsi və Sina yarımadasının cənubunda fövqəladə hal vəziyyəti elan edib. Bu arada Misir ordusunun komandanlığı siyasi qüvvələrə qarşı repressiv tədbirlər həyata keçirməyəcəyini bəyan edib. Belə bir açıqlama ilə komandanlığın nümayəndəsi “Facebook” sosial şəbəkəsindəki səhifəsində çıxış edib. Həmçinin hərbçilər milli təhlükəsizlik üçün təhlükə yaratmazsa, dinc etiraz aksiyalarının keçirilməsinə məhdudiyyət qoymayacaqlarını bildiriblər. Milli təhlükəsizlik üçün təhlükə deyildikdə hərbçilər yolların bağlanılmasını, dövlət, ictimai və özəl müəssisələrə ziyan vurulmasını nəzərdə tutduqlarını bəyan ediblər. Misirin xarici işlər naziri Məhəmməd Camal Əli Əmrlə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Xarici işlər naziri ABŞ-ı əmin etməyə çalışıb ki, Mursinin hakimiyyətdən kənarlaşdırılması hərbi çevriliş deyil və bu, Misir-ABŞ strateji münasibətlərinə ziyan vurmamalıdır: "Amerika tərəfi Misirin strateji tərəfdaşıdır. Ümid edirəm ki, onlar vəziyyəti düzgün qiymətləndiriblər. Bu hərbi çevriliş deyil. Xalqın iradəsi qalib gəldi”. Bir maraqlı məqam ondan ibarətdir ki, Misirin «Təmərrud» hərəkatı baş nazir vəzifəsinə Atom Energetikası üzrə Beynəlxalq Agentliyin keçmiş rəhbəri Məhəmməd əl-Baradeinin namizədliyini irəli sürüb. Sözügedən hərəkat keçmiş prezident Məhəmməd Mursinin istefasından ötrü milyonlarla imza toplamışdı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Misirdə baş verənlərə münasibət açıqlayıb: “Misirdə baş vermiş çevriliş gələcəkdə xalqın özünə ziyan verəcək”. Onun sözlərinə görə, dünyada demokratik çevrilişlər olmur. Baş nazir əlavə edib ki, Türkiyə Misir üçün nümunə ola bilər. Ərdoğan qeyd edib ki, hazırda Misirdə cərəyan edən hadisələr əvvəllər Türkiyədə baş verib: "Misir ordusu Türkiyə tarixini öyrənməli və Türkiyədəki çevrilişlərin nəticələrini diqqətə almalıdır".
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info