“Daha sərt qanunlar saytlarda yol verilən təhqir və şantajların qarşısını ala bilər”
Tarix: 30.10.2018 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Azərbaycan Respublikasının Konstitusiyası, buna uyğun qəbul edilmiş qanunlar vətəndaşların şəxsiyyətini, ləyaqətini, işgüzar imicini qoruyur. O cümlədən də, insanların şəxsi həyatının toxunulmazlığı prinsipi qanunvericilikdə öz əksini tapıb. Buna baxmayaraq, cəmiyyətimiz hələ də bu problemdən xilas ola bilmir. Mütəmadi olaraq ayrı-ayrı mətbuat səhifələrində, xüsusən də, onlayn mediada, sosial şəbəkələrdə vətəndaşların şəxsi həyatına kobud müdaxilələr edilməsi,onların şər, böhtan və şantaja məruz qalması, şəxsi ləyaqət hisslərinə toxunulması, təhqir hallarına tez-tez rast gəlinir. Məsələ burasındadır ki, belə anormal hallara ciddi mətbuat və səviyyəli saytların rəhbərləri yol vermirlər. Yalnız, elə yaradılandan qarşısına bu cür fəaliyyət göstərməyi məqsəd kimi qoymuş qəzet və saytların səhifələrində vətəndaşları narahat edən yazılar çoxsaylı olur. Çünki belə qəzet və saytlar dövlətçiliyin, milli-mənəvi dəyərlərin, tariximizin, mədəniyyətimizin təbliği üçün yaradılmayıb. Onların bir məqsədi var: şantaj yolu ilə pul qazanmaq… Dəfələrlə belə yol tutan adamların cinayət məsuliyyətinə cəlb olunmasının şahidi olmuşuq. Elə bir neçə gün əvvəl sonuncu, yəni indi müzakirə mövzuzu olan hadisə baş verdi. Fikrimcə, bu da son olmayacaq. Əgər qanunlarımızı konkretləşdirməsək, sərtləşdirməsək, belə halların kökü kəsilməyəcək. Təhqir, böhtan, şantaj, şəxsi həyata müdaxilə, insan ləyaqətinə toxunulması və başqa hallarla bağlı iri məbləğdə cərimələr tətbiq olunmalıdır. Yalnız daha sərt qanunlar və böyük miqdarda cərimələr belə halların minimuma enməsinə gətirib çıxara bilər.




 
Müəllifin son yazıları

02.04.2019 İşğalçının Aprel xofu
27.01.2019 İnformasiya savaşında hansı tərəfdə durmalıyıq?
26.10.2018 “Regiondakı geosiyasi vəziyyət Ermənistanın xeyrinə deyil”
28.08.2018 “Merkelin səfəri zamanı ən iri iqtisadi saziş Azərbaycanla bağlandı”
18.07.2018 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info