Dövlət və özəl sektor arasında tərəfdaşlıq
Tarix: 05.07.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlim kursuna yekun vuruldu.
“Reform - Centre” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən “Dövlət və özəl sektor arasında tərəfdaşlıq” mövzusunda keçirilən təlim kursunun yekununda çıxış edən, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov universitetdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin də fəal iştirakı ilə müxtəlif mövzulara həsr olunmuş 11 təlim kursunun uğurla reallaşdırılmasından bəhs etdi. Qeyd olundu ki, regionun bütün dövlət strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxışında təlim kurslarının təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına, mütəxəssis hazırlığına növbəti qayğısı kimi qiymətləndirdi. Təlim kursunun koordinatoru, “Reform - Centre” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı Asif Nəsibov təlim kursunun uğurla keçdiyini, universitet tələbələrinin də bu kurslarda fəal iştirakını nəzərə çatdırdı. Sonda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislərə sertifikatlar təqdim olundu.
Mina Qasımova




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info