VİP sədri Rüstəm İbrahimbəyovu debata çağırdı
Tarix: 05.07.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Ondan üzbəüz soruşacağam ki, niyə birdən-birə
son iki ildə Azərbaycan xalqı onun yadına düşməyə başlayıb?”


“Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etməklə namizəd olmaqda ona əngəl ola biləcək problemləri aradan qaldırmağa cəhd edir”. Bu barədə “Trend”ə müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Lakin Ə.Əliyev hesab edir ki, Rüstəm İbrahimbəyovun problemi hüquqi problem deyil, onun siyasi problemləri mövcuddur: "Düşünürəm ki, Rüstəm İbrahimbəyovdan süni qəhrəman yaradılmamalıdır. Rüstəm İbrahimbəyov Azərbaycana gəlməli, prezidentliyə namizəd olmalı və seçkilərdə məğlub olmalıdır. Yoxsa onun ətrafında bu cür ajiotajın yaradılması, ondan süni qəhrəman düzəldilməsi ölkənin siyasi həyatına və siyasi imicinə ziyanlıdır". Ə.Əliyev onu da əlavə edib ki, Rüstəm İbrahimbəyov siyasətdə zəifdir. Partiya sədri vurğulayıb ki, siyasi təcrübəsinin zəifliyi ilə yanaşı, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilatın daxilində də kifayət qədər ixtilaflar var: "Onun real uğursuzluğu ölkəyə gələ bilməməyi ilə əlaqələndirilməməlidir. Mən hakimiyyəti çağırıram ki, Rüstəm İbrahimbəyova şərait yaratsın, qoy o gəlib namizədliyini irəli sürsün. Mən onu rəqib kimi qarşımda görmək istəyirəm. Ona verəcəyim suallar var, ondan tələb edəcəyim mövqelər var və ondan üzbəüz soruşacağam ki, niyə bu 20 il ərzində birdən-birə son iki ildə Azərbaycan xalqı onun yadına düşməyə başlayıb? Demokratiya, azadlıq, insan haqları kimi məfhumlar onun siyasi davranış leksikonuna daxil olub? Digər suallarım da var ona".




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info