KİVDF-də Doğu Akdeniz Universitetinin rektoru ilə görüş keçirilib
Tarix: 06.07.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztoprak ilə görüş keçirilib. Grüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Sadettin Topukçu, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və bir sıra KİV rəhbərləri iştirak ediblər.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında təhsil sahəsində sıx əlaqələr var: "Şimali Kipr Türk Respublikasında minə yaxın azərbaycanlı tələbə təhsil alır ki, onların da təqribən 500-ə qədəri Doğu Akdeniz Universitetinin tələbəsidir". V.Səfərli bundan sonra da bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
S.Topukçu ölkəsinin Azərbaycana xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Şimali Kipr Türk Respublikası daha çox azərbaycanlı tələbənin ölkənin təhsil imkanlarından faydalanmasını istəyir: "Təhsil xalqları birləşdirən ən önəmli amildir, çünki insanlar təhsil aldıqları ölkə ilə yaxından tanış olmaq imkanı əldə edirlər".
A.Öztoprak, öz növbəsində, Azərbaycana dəvətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi universitet haqqında məlumat verib. O bildirib ki, hazırda universitetdə 14 minə yaxın tələbə təhsil alır. A.Öztoprak Azərbaycanın bir sıra universitetləri ilə daim əlaqə saxlanıldığını və mütəmadi olaraq "yay məktəbləri"nin təşkil olunduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, azərbaycanlı tələbələr, əsasən, biznes, iqtisadiyyat və turizm sahələrinə daha çox maraq göstərirlər. A.Öztoprak rəhbərlik etdiyi universitetdə 14 azərbaycanlı müəllimin də çalışdığını diqqətə çatdırıb. Görüşdə çıxış edən N.Məhərrəmli qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etməsi mədəni, iqtisadi, siyasi və digər sahələrdə də əlaqələrin genişlənməsinə şərait yaradır. Sonda qonağa KİVDF tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Günay




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
17.11.2019
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq
16.11.2019
Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı
16.11.2019
İsmayıllıda keçirilən iməcilikdə 1000 ədəd ağac əkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info