“Ermənistanın yeni hökumətinə güvənin itməsində xarici dövlətlərin rolu var”
Tarix: 31.10.2018 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Yalvar-yaxarlardan sonra Paşinyan Avropadan 3 milyon avro qopara bildi
Başqalarının kölgəsinə sığınan, özgəyə xidmət etməyi, əl açıb yalvarmağı, ağlayıb-sızlamağı bütün ömürləri boyu özləri üçün milli dəyər hesab edən ermənilər, istəklərinə nail olmadıqda, havadarlarına xəyanətləri ilə də tarixə düşüblər. Onlar hələ də xəyanət və işğal zəminində yaradılmış «dövlət»lərin uzunömürlü olmadığını anlamağa çalışmırlar. Amma anlasalar belə, bundan əl çəkmək istəmirlər. İlk olaraq qeyd edilməlidir ki, ermənilər Ermənistanın «dövlət kimi» formalaşmasında Rusiyaya minnətdar olduqlarını unutmamalıdırlar. Son dövrlər yeni hakimiyyətin «məxməri inqilab»dan sonra Qərbin Ermənistana geniş qucaq açacağı barədə xalqa aşıladığı fikirlər fiaskoya uğradı. Lakin buna baxmayaraq, baş nazir Paşinyan xalqı aldatmaqda davam edir. Təsadüfi deyil ki, ötən gün Ermənistan Milli Assambleyasının sabiq deputatı Anait Baxşyan da Ermənistandakı son olaylara münasibət bildirərkən, hazırda xalqın Paşinyana olan güvəninin sonsuz olmadığını yada salıb. Maraqlıdır ki, Ermənistanda bu istiqamətdə başqa cür düşünənlər də mövcuddur. Onlar Paşinyana olan güvənin əriməsində xarici dövlətlərin, xüsusən, Rusiyanın böyük rol oynamağa çalışdığını bildirirlər. Ermənilərin «1in.am» saytında yer alan «Rusiya müttəfiq statusunu tanımır - ya düşmən, ya da koloniya» adlı yazıda erməni politoloq Ara Papyan Rusiyanın Ermənistanın «demokratik istiqamətdə» atdığı hər hansı bir addıma qısqanclıqla yanaşdığını bildirir. Amerika rəsmisi Con Boltonun Ermənistana etdiyi səfərə diqqət çəkən Papyan bunun Moskvada Ermənistanın tədricən Kremlin təsir dairəsindən uzaqlaşması kimi qəbul edildiyini bəyan edir. Onun fikrincə, Boltonun İrəvanda «bölgənin ABŞ üçün strateji əhəmiyyət kəsb etdiyini» söyləməsi, təbii ki, Moskvanı narahat etməyə bilməz: «Əlbəttə, bu, ABŞ tərəfindən atılan ciddi addımdır. Belə görünür ki, ABŞ yaxın gələcəkdə bu regionda daha fəal olmağa, bu əraziləri «özününküləşdirməyə» çalışaraq İran və Rusiyanı bir-birindən təcrid etməyə cəhd edəcək».
Erməni politoloq Boltonun İrəvanda silah satışı ilə bağlı səsləndirdiyi bəyanatın daha çox Rusiyaya qarşı yönəldiyini də istisna etmir. O da maraqlıdır ki, ABŞ-ın üç həmsədr ölkədən biri olmasına baxmayaraq, münaqişədə olan ölkələrə silah təklif etməsini Papyan Ağ Evin Kremldən nümunə götürməsi kimi dəyərləndirir: «…Bolton Rusiyanın qısa və orta mənzilli raketlərlə bağlı müqaviləni pozduğunu xatırlatdı». Bütün bunlarla bağlı Moskvanın hər hansı bir reaksiya nümayiş etdirə biləcəyinə cavab verən Papyan deyir: «Rusiyanın heç bir reaksiya verməyəcəyi qənaətindəyəm, çünki təəssüf ki, Rusiyanın yürütdüyü siyasət çox aydındır. Bu gün Rusiya qonşu ölkələrə iki status verir -ya düşmən, ya da koloniya. Rusiya müttəfiq statusunu qəbul etmir».

“Belarus Ermənistana düşmənçilik edən dövlətdir”
«Bu gün Ermənistandakı vəzifəli şəxslər və dövlət adamları özlərinə hörmət etmirlərsə, başqalarından da hörmət tələb edə bilməzlər». Maraqlıdır ki, bu fikirləri «ArmenianReport» saytı bir müddət bundan əvvəl Ermənistan prezidenti Armen Sarkisyanın Minskə səfəri zamanı Belarus rəhbəri Lukaşenko ilə görüşünə istinadən yazıb. Qəribədir ki, Lukaşenkonu «erməni xalqının düşməni» kimi qələmə verən sayt yazır: «Əminəm ki, Sarkisyanla Lukaşenkonun görüşü barədə məlumatı olan minlərlə ermənini iki prezidentin süni sədaqət nümayiş etdirmələri çox narahat etdi. Axı biz ermənilər Lukaşenko Belarusunun nə olduğunu yaxşı bilirik. Bu ölkə postsovet məkanında Azərbaycanın əsas müttəfiqlərindən biridir.


«Axı Belarusdan Ermənistana necə dost ola bilər? Bu dövlət həmişə Bakıya xoş münasibət göstərərək, bizə düşmənçilik edən bir dövlətdir. Məhz bu mənada, təəssüf ki, Sarkisyan Lukaşenko ilə görüşməklə təkcə özünü deyil, həm də təmsil etdiyi ölkəni belə, pis vəziyyətə qoymuş oldu».


Məgər Armen Sarkisyan bunları anlamır? Təbii ki, yaxşı anlayır. Buna baxmayaraq, o, Belarus rəhbərinə göstərdiyi «səmimiyyəti» ilə, bir növ Ermənistanın maraqlarına tüpürmüş olur. Bəli, Lukaşenko ilə görüşüb, ona təriflər yağdıran (buna yaltaqlıq da demək olar-A.B.) Sarkisyan, ilk növbədə özünə hörmətsizlik edir».
Sayt görüşdə ən xoşagəlməz hal kimi, Belarus prezidentinin «Minsk həmişə İrəvanın yaxşı və etibarlı dostu olub», - deyərək erməni prezidenti ilə əylənməsini qeyd edir: «Axı Belarusdan Ermənistana necə dost ola bilər? Bu dövlət həmişə Bakıya xoş münasibət göstərərək, bizə düşmənçilik edən bir dövlətdir. Məhz bu mənada, təəssüf ki, Sarkisyan Lukaşenko ilə görüşməklə təkcə özünü deyil, həm də təmsil etdiyi ölkəni belə, pis vəziyyətə qoymuş oldu».

Aİ Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini gördü
Bir məqamı da xatırladaq ki, 17-18 oktyabr tarixlərində Avropa İttifaqının (Aİ) xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və Aİ-nin yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olublar. Səfərin nəticəsi kimi Aİ növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verib. Maraqlısı odur ki, Aİ 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı. Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən seçki prosesində ciddi pozuntu və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və s. faktların üzə çıxması Aİ-ni çətin vəziyyətə salıb. Axı Aİ öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışmışdı. Lakin 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan özü də seçkilərin anti-demokratik şəraitdə keçirildiyini iddia edərək, yeni parlamentin legitim olmadığını irəli sürüb. Görəsən Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Avropa İttifaqının Sarqisyan hökuməti ilə əlbir olduğunu demək istəyirdi? Məlum olur ki, küçələrin hay-küyçüsü Paşinyan özü hələ ilk günlərdən Avropadan pul dilənməyə başlayıb. NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları “dilənçi guşəsinə” çevirməklə Avropalı dövlət başçılarından mədəd uman zavallı Paşinyan haradan bilsin ki, küçə yürüşləri psixologiyası yalnız ac-yalavac erməniləri aldada bilər? Nəticə göz qabağındadır, Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltdı. Avropa İttifaqı rəsmiləri açıq şəkildə elan etdilər ki, ondan başqa heç bir təşkilat Ermənistana pul ayıran deyil. Əgər belədirsə niyə Avropa İttifaqı maliyyə dəstəyini 2 dəfə artırmaq əvəzinə elə o qədər azaltdı? Məgər ölkədə səsvermə hüququna malik şəxslərin sayı azalıb? Yoxsa Aİ fikirləşir ki, Paşinyan Ermənistandakı siyasi durumu sabitləşdirmək əvəzinə Aİ-nin dəstəyi ilə öz diktaturasını yaratmaq istəyir? Niyə də yox. Görünür Aİ Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır. Budur, Aİ Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini gördü. Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və Aİ-nin vaxtilə tərifdən göylərə qaldırdığı Seçki Məcəlləsinə dəyişikliklər paketi Ermənistan parlamentində qəbul edilmədi. Yəqin ki, Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini anlamağa başlayacaqlar.
Ağasəf Babayev










 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info