Putin - Nazarbayev görüşünü zəruri edən səbəb nədir?
Tarix: 31.10.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Qazaxıstanlı nazir Timur Süleymanov ABŞ səfərində Vaşinqton tərəfindən Rusiyaya tətbiq edilən sanksiyalar zamanı Qazaxıstanın iqtisadi maraqlarının qorunmasını müzakirə edib

Rusiyanın baş naziri Dmitri Medvedev bu gün Qazaxıstan hökumətinin başçısı Bakıtjan Saqintaevlə görüşəcək. Noyabrın 9-da isə Rusiya dövlət başçısı Putinlə Qazaxıstan prezidenti Nazarbayevin görüşü nəzərdə tutulub. Petropavloskda keçiriləcək Putin-Nazarbayev görüşündə iqtisadi məsələlər müzakirə ediləcək. Maraqlıdır ki, Putinlə Nazarbayev arasında son görüş bu yaxınlarda olub. Yeni görüşü zəruri edən nədir? Türküstan əyalətindəki Sarıqaşe iqamətgahında keçirilən görüşdə təkcə Putinlə Nazarbayev olmamışdı. Həmin görüşdə Özbəkistan prezidenti Şavkat Mirziyayev iştirak etmişdi. Daha doğrusu, Putinlə Mirziyayev Daşkəndə bir araya gəlmişdilər. Daha sonra Putinlə Mirziyayev birlikdə Nazarbayevi ziyarət etmişdilər. Ekspertlər hesab edirlər ki, bununla da Astana-Moskva - Daşkənd triosunun birlikdə olduğu və siyasətlərini uzlaşdırdıqları mesajı verilmişdi. Həmin görüşdə Putin Nazarbayevə məlumat vermişdi ki, Daşkəndə Rusiya-Qazaxıstan forumu kimi uğurlu Rusiya-Özbəkistan regionlararası forumu keçirilib. Nəticə uğurlu olub - 20 milyard dollarlıq müqavilələr imzalanıb. Nazarbayev bu ideyanı müdafiə etmişdi. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, “Avrasiya inkişafı” mərkəzinin baş analitiki Aleksandr Vorobyev “Nezavisimaya qazeta” nəşrinə dəyərləndirməsində deyib ki, Rusiya-Özbəkistan əməkdaşlığının inkişafı mərkəzi Asiyadakı situasiyaya təsir etməklə yanaşı, Moskva-Astana münasibətləri üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, Astananın iştirakı olmadan Moskva ilə Daşkənd arasında tam həcmli iqtisadi münasibətlər qurmaq mümkün deyil. Məsələ ondadır ki, Rusiya ilə Özbəkistan arasında yükdaşımanın böyük bir hissəsi Qazaxıstan vasitəsilə reallaşdırılır. Yəni Astana Moskva ilə Daşkənd arasında körpü rolunu oynayar. Aleksandr Vorobyev hesab edir ki, Putinlə Mirziyayevin Özbəkistan-Qazaxıstan sərhədində yerləşən iqamətgahda Nazarbayevi ziyarət etməsi də buna işarədir: “Bununla bildirirlər ki, Qazaxıstan da bu yaxınlaşmaya daxildir və əhəmiyyətli rol oynayır və oynamaqda davam edəcək”. Qazaxıstanlı politoloq Dosım Satpayev hesab edir ki, üç liderin görüşü və Qazaxıstanın iqtisadi inkişaf nazirinin Vaşinqtona səfərindən sonra Medvedevin Astanaya təşrif buyurması təsadüfi deyil. Nazir Timur Süleymanov ABŞ-a səfəri zamanı Vaşinqton tərəfindən Rusiyaya tətbiq edilən sanksiyalar zamanı Qazaxıstanın iqtisadi maraqlarının qorunmasını müzakirə edib. Vaşinqtonda Astanaya təminat veriblər ki, Rusiyaya tətbiq edilən sanksiyalar Qazaxıstana qarşı yönəlməyib. Dosım Satpayev qeyd edib ki, sanksiya məsələsi ölkə hökumətində aktiv şəkildə müzakirə edilir: “Rusiyaya tətbiq edilən sanksiyalar milli valyuta olan təngənin devalvasiyasına səbəb olur. Təngə Rusiya rublunda baş verən dəyişikliyə çox həssasdır. Neftin qiymətinin yüksək olmasına baxmayaraq, təngə qiymətdən düşür ki, bu da Rusiya iqtisadiyyatı ilə bağlıdır. Milli valyutanın dəyərdən düşməsi investisiya axınına mənfi təsir edir. İnvestorlar hesab edirlər ki, Qazaxıstan iqtisadiyyatı Rusiyaya bağlı olduğundan sanksiyalar bu ölkəyə də təsir edir. Ona görə də investisiya yatırmaqdan çəkinirlər. Birlik daxilində də müəyyən problemlər var. Rusiya müəyyən mövsümlərdə Qazaxıstandan heyvandarlıq məhsullarının idxalına qadağa qoyur ki, bu da narazılıq yaradır”. Astanada hesab edirlər ki, Rusiya Qazaxıstan məhsullarına qadağa qoymaqla bu məsələdən təzyiq aləti kimi istifadə etməyə çalışır. Məsələ ondadır ki, Moskvanın təşəbbüsü ilə Avrasiya İttifaqının üçüncü ölkəyə qarşı birgə sanksiya tətbiq etməsi ilə bağlı sənəd üzərində iş aparılır. Satpyev qeyd edib ki, Astananın xarici siyasəti çoxvektorludur: “Hazırda Rusiya ilə ABŞ, eləcə də Avropa İttifaqı arasında ciddi ticarət-iqtisadi konflikt var. Amma bir məsələni bilmək lazımdır ki, Qazaxıstanın bir nömrəli ticarət tərəfdaşı Rusiya deyil, heç Çin də deyil. Bu, Avropa İttifaqıdır. Qazaxıstan neftinin əsas alıcıları İtaliya, İsveçrə və digər Avropa dövlətləridir. Ona görə də Astana onu küncə sıxacaq təşəbbüsə qoşulmaq istəmir”. Ekspert bu məsələdə Moskvanın Astanaya ciddi təzyiq edəcəyini gözləmir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info