Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
Tarix: 01.11.2018 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Paşinyan parlamentin buraxılmasına nail oldu

Ermənistan Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Baqram Baqdasaryan ötən gün "Azatutyun" radiosuna verdiyi açıqlamada ölkədə keçiriləcək parlament seçkilərində partiyasının faktiki olaraq iştirak edəcəyini təsdiqləyib. Qeyd etmək lazımdır ki, hələ dünənə qədər partiya rəsmisi seçkidə iştirakla bağlı konkret cavab verməkdə tərəddüd nümayiş etdirirdi. «1in.am» saytı Baqdasaryanın bu məsələdə artıq iddialı danışdığını da xüsusi qeyd edib. Saytın yazdığına görə, Respublika Partiyası daxilində baş verən itkilərdən asılı olmayaraq, hələ də məhdud imkanları və resursları ilə bir sistem olaraq qalmaqda davam edir. Maraqlıdır ki, sayt RP-nin gələcək seçkilərdə iştirakının ziddiyyətli bir təəssürat yarada biləcəyini yazır: «…Hazırda RP müəyyən dərəcədə siyasi proseslərdən kənarda qalsa da, unutmaq lazım deyil ki, partiya hələ də müəyyən bir kadr potensialına malikdir. Doğrudur, partiya müxalifət partiyası statusu ala bilməsə də, unutmaq lazım deyil ki, hələ də ölkədə müəyyən bir səlahiyyətə sahibdir. Buna baxmayaraq, gələcək seçkilərdə RP-nin iştirakı Nikol Paşinyanın komandası üçün çox faydalıdır. Bu, «qara» və «ağlar» arasındakı qarşıdurmanın ibtidai formulunu təkrar oynamaq imkanı verir. Əlbəttə ki, bu, eyni zamanda cəmiyyətin güclənməsinə təkan verməklə, qarşı tərəfi (təbii ki, Respublika Partiyası nəzərdə tutulur) intiqam təhlükəsi ilə qorxudur. Seçki kampaniyasında Respublika Partiyasının iştirak etməsi Ermənistanın siyasi partiyaları üçün, qismən də olsa, sərfəlidir. Çünki bu partiyalar əks-inqilabçı partiyanın xarakterizə edilməsi üçün olduqca real riskdən qurtulacaq və nisbətən sakit seçki kampaniyası vasitəsilə gələcək parlamentdə müəyyən bir təmsilçiliyi təmin edə biləcəklər».
O da maraqlıdır ki, sayt Respublika Partiyasının parlament seçkilərində iştirakının bəzi partiya və ittifaqlar üçün mənfi bir siqnal ola biləcəyini də istisna etmir. Belə ki, bu, Ermənistanın Xalq Partiyasının manevr etmək bacarığını əhəmiyyətli dərəcədə azalda bilər. Bu, hətta bəzi qurumların çökməsi üçün də stimul ola bilər. Təbii ki, belə vəziyyət Paşinyanı da təmin edir. Çünki o, parlamentdə Respublika Partiyasının məhdud varlığına imkan veriləcəyini istisna etmir. Belə olan halda, siyasi qüvvələrin potensiala malik qruplarının parlamentdən kənarda qalacağı da inandırıcı görünür. Lakin hazırda erkən parlament seçkilərinin siyasi böhrana son verəcəyini və ya inqilabın nəticələrini tam olaraq kapitallaşdıracağını iddia etmək üçün əsas yoxdur.
Çünki ölkədəki siyasi vəziyyət hələ də gərgin olaraq qalmaqdadır: Paşinyan hələ də siyasi rəqiblərindən tam qurtulmadığını düşünür. Nümunə üçün, ötən gün ermənilərin «Jamanak» nəşrində yer alan bir məlumatı göstərə bilərik. Beləliklə, nəşr hazırda həbsdə olan "Yerkrapa" Könüllülər Birliyinin keçmiş sədri, sabiq deputat Manvel Qriqoryana Serj Sarkisyana qarşı ifadə vercəyi təqdirdə azadlığ təklif edildiyi barədə məlumat yayıb. «Jamanak» yazır: «… Ölkənin hüquq-mühafizə orqanları tərəfindən Qriqoryana edilən təklif general tərəfindən rədd edilib. Sabiq deputat hazırda işi üzrə məhkəmə iclaslarının başlanmasını gözləyir».
Xatırladaq ki, Manvel Qriqoryan vəzifəsindən sui-istifadə və qanunsuz silah və döyüş sursatı saxlama ittihamı ilə həbs edilib.
Nəşrin yazdığına görə, istintaq Manvel Qriqoryana qarşı qanunsuz silah və döyüş sursatı saxlama ittihamı irəli sürsə də, işi başa çatdırıb məhkəməyə göndərmək məcburiyyətində deyil: «İttihamçılar anlayırlar ki, "Yerkrapa" Könüllülər Birliyinin keçmiş sədrinin işi belə bir ittihamla məhkəməyə göndərilsə, bu əks-effekt yarada və Manvel Qriqoryanı təqsirləndirilən şəxsdən ittihamçıya çevirə bilər”. Yeri gəlmişkən qeyd edək ki, dünən Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanı baş nazir postuna seçməkdən növbəti dəfə imtina edib. Bu isə o deməkdir ki, qanunverici orqana növbədənkənar seçkilər keçiriləcək. TASS xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ara Babloyanın sözlərinə görə, Nikol Paşinyanın namizədliyi lehinə və əleyhinə heç bir deputat səs verməyib, 13 deputat isə bitərəf qalıb. Beləliklə, Paşinyan parlamentin buraxılmasına nail olub. Ölkə konstitusiyasına əsasən, parlament buraxıldıqdan sonra prezident seçki gününü təyin edir. Paşinyan müvafiq fərmanı gözləmədən növbədənkənar seçkilərin dekabrın 9-da keçiriləcəyini bildirib. Ermənistanda bu ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra siyasi anomaliya yaranıb. Miqyaslı küçə aksiyaları səbəbindən parlament Paşinyanı hökumət başçısı seçməyə məcbur olsa da, onun qanunverici orqanda çoxluğu yoxdur. Belə ki, Paşinyanı dəstəkləyən “Elk” fraksiyası cəmi 8 deputatdan ibarətdir. Əvvəlki hakim partiyanın (Respublika partiyası) 105 parlament mandatının 49-na sahibdir. Siyasi proseslərin gedişi açıq-aydın göstərir ki, Paşinyan ölkədə bütün hakimiyyəti öz monopoliyasına almaq niyyətindədir və hadisələr buna doğru gedir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info