Musa Çiliyev: “Azərbaycanın dinamik inkişafını yüksək qiymətləndiririk”
Tarix: 08.07.2013 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini Abid Şərifov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İnquşetiya Respublikası hökumətinin başçısı Musa Çiliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Baş nazirin müavini A.Şərifov Azərbaycan ilə İnquşetiya arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib. Qeyd edilib ki, xalqlarımız tarix boyu dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Səfər çərçivəsində Azərbaycan ilə İnquşetiya arasında bir sıra maraq doğuran məsələlərin müzakirə ediləcəyini deyən A.Şərifov keçiriləcək görüşlərin məhsuldar olacağına əminliyini bildirib.
Azərbaycana səfərindən məmnunluğunu bildirən M.Çiliyev ölkəmizin dinamik inkişafını yüksək qiymətləndirib. Azərbaycan ilə İnquşetiya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan qonaq Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da genişlənməsinə töhfə verdiyini deyib. İnquşetiyanın inkişaf tarixindən danışan M.Çiliyev respublikasının qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qonaq bildirib ki, İnquşetiya Respublikası Azərbaycan Respublikası ilə mədəniyyət, incəsənət, idman və digər sahələrdə əməkdaşlığa böyük əhəmiyyət verir.




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
23.11.2020
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
22.11.2020
Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq - Hikmət Hacıyev
22.11.2020
Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi
22.11.2020
Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info