Rusiyanın Mərkəzi Bankı rekord həcmdə qızıl alıb
Tarix: 02.11.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Rusiyanın Mərkəzi Bankı 2018-ci ilin üçüncü rübündə 92,2 ton qızıl alıb ki, bu da üç ay ərzində satın alınan rekord həcmdə qiymətli metal deməkdir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Dünya Qızıl Şurasının (World Gold Council) icmalında yer alıb. Nəticədə Rusiyanın qızıl ehtiyatı tarixdə ilk dəfə 2 min tonu keçib. Bu, ölkənin ümumi ehtiyatının 17 faizinə bərabərdir.
Təşkilatın məlumatına əsasən, qızıl alınması dollar aktivlərinin satılması fonunda baş verir.
Müxtəlif ölkələrin mərkəzi bankları ilin üçüncü rübündə ümumilikdə 148,4 ton qızıl əldə edib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 22 faiz çoxdur. Rusiyadan başqa, qızılın əsas alıcıları sırasında Türkiyə və Qazaxıstanın mərkəzi bankları da var.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info