Qazaxıstanda “Türküstan” media və “Türküstan” intellektual klubu” açılıb
Tarix: 01.11.2018 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Türküstan şəhərində keçirilən “Türküstan: yeni informasiya fəzası” Beynəlxalq Jurnalistlər Forumu çərçivəsində «TÚRKISTAN MEDIA» beynəlxalq media mərkəzi və «TÚRKISTAN intellektual klubu” açılıb. Tədbirdə Qazaxıstanla yanaşı, Azərbaycan, Türkiyə, Qırğızıstan və Tatarıstandan gələn media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Türküstan valisi Janseyit Tüymebayev yeni mərkəzlərin Türküstanın türk dünyasının mənəvi və informasiya mərkəzinə çevrilməsinə mühüm təkan verəcəyini bildirib.
Media Mərkəzi türk dünyası ilə bağlı qazax, türk, azərbaycan, rus, ingilis, özbək və qırğız dillərində gündəlik informasiyalar yayacaq. Media mərkəzində brifinq və görüşlərin keçirilməsi üçün 70 nəfərlik zal mövcuddur. Eyni zamanda, mərkəz gündəlik iş rejimində fəaliyyət göstərmək üçün zəruri olan yeni cihazlar,kompyuterlər və internet şəbəkəsi ilə təmin olunub. Burada Türküstan vilayətinin regional mətbuat xidməti və Türküstandakı Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin tələbələrindən ibarət gənc jurnalistlər klubu işləyəcək. Türküstana gələn yerli və xarici jurnalistlər mərkəzin xidmətlərindən pulsuz istifadə edə bilərlər.
«TÚRKISTAN» intellektual klubunda isə tanınmış ictimai xadimlərin iştirakı ilə milli-mənəvi dəyərləri, türk dünyasının ortaq maddi-ruhani mirasını təbliğ edən görüşlər, dəyirmi masalar keçiriləcək. Görüşlər xüsusi proqramla yerli televiziya kanallarında və sosial şəbəkələrdə canlı yayımlanacaq.
«TÚRKISTAN MEDIA» beynəlxalq media mərkəzinin açılışı çərçivəsində vilayət qubernatorunun, türkdilli ölkələrdən jurnalistlər və alimlərin iştirakı ilə intektual klubun ilk toplantısı və bölgənin inkişafına həsr olunan brifinq keçirilib. İştirakçılar Türkistanın inkişafı ilə bağlı bağlı düşüncələrini bölüşüblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info