Türküstanda beynəlxalq jurnalistlər forumu keçirilib
Tarix: 01.11.2018 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Türküstan şəhərində “Türküstan: Yeni informasiya fəzası” türkdilli ölkələrin beynəlxalq jurnalistlər forumu keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Tatarıstan və digər ölkələrdən informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin elan etdiyi, qazax xalqının öz milli dəyərlərinə yenidən sahiblənməsini nəzərdə tutan “Ruhani Janğıru” (“Mənəvi yenilənmə”) proqramı çərçivəsində baş tutan forumun əsas məqsədi regionun müsbət imicini formalaşdırmaq, Türkistanı türk dünyasının mədəni-mənəvi mərkəzinə çevirmək, turizmin inkişafını təmin etmək və digər türkdilli ölkələrlə informasiya sahəsində əməkdaşlığı genişləndirməkdir. Həmçinin, Forum regionda jurnalistikanın inkişafı üçün yeni ideyaların və təşəbbüslərin dəstəklənməsini, sistemləşdirilməsini hədəfləyir.
Forumun açılışında Türküstan vilayətinin qubernatoru Janseyit Tuymebayev Türküstanı bütün türk dünyasının mənəvi mərkəzi halına gətirmək üçün bu cür toplantıların önəmli rol oynayadığını bildirib və inteqrasiyanın dərinləşdirilməsində medianın gücündən istifadənin zəruriliyini qeyd edib. O, Türküstanda türk xalqlarının ortaq maddi-mənəvi mirasının qorunduğunu, bu baxımdan Prezident Nursultan Nazarbayevin bir neçə ay əvvəl bölgənin əzəli adını özünə qaytararaq böyük tarixi bir addım atdığını vurğulayıb.
Janseyit Tuymebayev bildirib ki, xarici və yerli media nümayəndələrini bir araya gətirməkdə əsas məqsəd də Türküstanın inkişafı və dirçəlişi üçün onların təklif və tövsiyələrindən, fikirlərindən faydalanmaqdır. Akim foruma dəvət edilən türkdilli ölkələrin mətbuat orqanlarının rəhbərləri və nümayəndələrinin tarixi bölgənin beynəlxalq aləmdə təbliğinə dəstək göstərəcəklərinə inandığını qeyd edib.
Azərbaycan İctimai Televiziyasının Mərkəzi Asiya ölkələri üzrə bürosunun rəhbəri Füzuli Məcidli, TRT Qazaxıstan nümayəndəliyinin rəhbəri Abdulhamid Avşar, “Egemen Qazaqstan” rəsmi dövlət qəzeti idarə heyətinin sədr müavini Aybın Şağalak, Tatarıstanın "Tatarinform" dövlət agentliyinin direktoru Ramis Latipov, “Qazaq qazetteri”nin baş direktoru Şəmşidin Pattyev, “El Arna” Televiziyasının direktoru Arman Baltabayıli, Türkistan vilayət Akimatı daxili siyasət şöbəsinin müdiri Beysenbay Tazibayev və digərləri türkdilli ölkələr arasında vahid informasiya fəzasının formalaşdırılmasının vacibliyinə diqqət çəkib, media qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsinin önəmini qeyd ediblər.
Forum çərçivəsində Türkistan valiliyi ilə türkdilli ölkələrin iştirakçı media qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, türkdilli ölkələrin kütləvi informasiya vasitələrində Türkistan bölgəsi haqqında məlumatların yayılmasına dair razılıq əldə olunub.
Qeyd edək ki, bu il Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkistan şəhərinin türk dünyasının mənəvi paytaxtı rolunu bərpa etmək və bölgəni ən böyük turizm mərkəzlərindən birinə çevirmək məqsədi ilə xüsusi proqramın hazırlanmasına göstəriş verib. Bu məqsədlə, Cənubi Qazaxıstan vilayətinin adı da dəyişdirilərək Türküstan adlandırılıb.
Bölgədə turizmin inkişafı üçün 2019-2025-ci illəri əhatə edən tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulub. Rəsmi rəqəmlərə görə, bu ilin ötən ayları ərzində bölgəni ziyarət edən turistlərin sayı bir milyona yaxınlaşıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,2 faiz artım deməkdir. 2025-ci ilə qədər turist sayının 5 milyona çatdırılması hədəflənir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info