Gürcüstan hökuməti marixuana ilə bağlı layihəni parlamentdən geri götürəcək
Tarix: 02.11.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Patriarx II İlya ilə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, əsasən də marixuananın tibbi və kosmetik məqsədlər üçün istehsalını, ixracını nəzərdə tutan qanun layihəsi barədə fikir mübadiləsi aparılıb.
İrakli Kobaxidze görüşdən sonra jurnalistlərə bildirib ki, əvvəlcədən də elan olunduğu kimi, bu qanun layihəsi geniş konsensusla qəbul oluna bilərdi. Cəmiyyətdə bu məsələ ilə bağlı yaranan fikir ayrılığından sonra onu dini liderimizlə də müzakirə etdik. Bu görüşdə qanunun müzakirələrdən geri çağırılması barədə razılıq əldə olundu.
“Qanunun əsas müəllifi hökumətdir. Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentdən geri götürəcək”, - deyə o, əlavə edib. Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamenti qeyd olunan qanun layihəsinin müzakirəsini ötən ayın əvvəlində iki ay müddətinə təxirə salıb. Hökumətin hazırladığı qanun layihəsini Gürcüstan Patriarxlığı və əksər dini icmalar kəskin etirazla qarşılamışdı.




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info