“Ermənistanın yeni hökuməti xarici siyasət kursunu birdən-birə dəyişdirməyə tələsmir”
Tarix: 02.11.2018 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Sorğunun nəticələrinə görə, ermənilərin 40 faizi Moskvanın himayəsindən uzaqlaşmaq istəyirlər

Hələ ötən ilin martında Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan müqaviləyə böyük ümidlər bəsləyən ermənilər tezliklə bunun «bəhrəsini» görəcəklərini gizlətmirdilər. Maraqlıdır ki, ermənilərdən fərqli olaraq bir çox Rusiya siyasətçiləri Avrop İttifaqının əsas məqsədinin Ermənistanı az da olsa, Rusiyanın təsirindən çıxarmaq olduğunu bildirirdilər. Onlar bunu Donald Tuskun sədri olduğu təşkilatın bundan sonra «Ermənistanın bir nömrəli ticarət partnyoru, beynəlxalq donoru və ən güclü dəstəyi» olacağı barədə dediklərinə istinadən iddia edirdilər. Maraqlıdır ki, ermənilər də buna çox ümidli idilər. Təsadüfi deyil ki, «Gallup» Beynəlxalq Assosiasiyası nümayəndəliyinin direktoru Aram Navasardyan ölkədə keçirilən rəy sorğularının cavablarını açıqlayarkən, bu gün ermənilərin Rusiyaya olan inamlarının artıq xeyli aşağı düşdüyünü etiraf etmək məcburiyyətində qalıb. O, buna sübut kimi, 2014-2018-cü illgr arasında ölkə əhalisinin Rusiyaya olan inamının 63 faizdən 40 faizə endiyini bilditrib. O da maraqlıdır ki, bu ərəfədə ermənilərin Avropa İttifaqına olan güvəni 30 faizi ötüb. Maraqlıdır ki, əksər ermənilər bu gün Kremlin Ermənistanın inkişafı qarşısına sipər çəkərək, onun dünyanın inkişaf etmiş ölkələrinə inteqrasiyasına mane olduğunu iddia edirlər. Onların dediklərinə qahmar çıxan «ArmenianReport» saytı da ölkədə keçirilən rəy sorğularını əsas tutaraq yazır: «…Erməni-rus münasibətləri mövzusu, daha doğrusu, bu münasibətlərin tənqidi keçmiş dövrlərdə Ermənistan hakimiyyətiin ciddi nəzarətində idi. Belə ki, Moskvaya olan bağlılığını başa düşən Sarkisyan hökuməti bizim müdhiş «müttəfiqimizi» qəzəbləndirməməyə çalışırdı. Təbii ki, «kağız üzərində» olan bu «müttəfiqliyimizə» xələl gətirə biləcək hər hansı bir materialın yayılmaması üçün Sərkisyan və onun ətrafı ölkədə sərt bir senzura yaratmışdı. Amma bu gün Ermənisanda hakimiyyət dəyişib. Erməni cəmiyyətinin Rusiyaya olan əsl münasibətinin nümayişi artıq əvvəlki kimi ciddi şəkildə hakimiyyətə tabe deyil. Bu gün həm ölkə sakinləri, həm də mətbuat orqanları dünənkindən fərqli olaraq, Rusiya ilə bağlı açıq danışmaqdan qorxmurlar. Çünki bu gün Ermənistanda Rusiyaya güvənməyən və Moskvanın himayəsi altında, postsovet məkanında inteqrasiya layihələrini istəməyən insanların sayı əhəmiyyətli dərəcədə artıb. Bunu sentyabrın 8 günü ərzində 1106 respondent arasında keçirilən rəy sorğusu da təsdiq etməkdədir. Sorğuda istirak edənlərin 35.4 faizi Ermənistanın balanslaşdırılmış siyasət apararaq və bütün dünya mərkəzləri ilə əməkdaşlıq etməsinin tərəfdarı kimi çıxış ediblər. Respondentlərin 40 faizi isə Ermənistanın öz təhlükəsizliyini təmin edərək, Moskvaya etibar etməməsini istəyirlər».

“Maraqlıdır ki, əksər ermənilər bu gün Kremlin Ermənistanın inkişafı qarşısına sipər çəkərək, onun dünyanın inkişaf etmiş ölkələrinə inteqrasiyasına mane olduğunu iddia edirlər”

Qeyd edək ki, sayt xalqın dediklərində həqiqət olduğunu gizlətmir: «… Bu gün artıq Rusiya layihələri olan, həm Avrasiya İqtisadi Birliyinə, həm də KTMT-yə elə də bir maraq qalmayıb. Demək olar ki, heç birimiz Ermənistanın bu təşkilatdakı üzvlüyünün faydalarını hiss etməmişik. Əksinə, Rusiyadakı iqtisadi vəziyyətlə əlaqədar vətəndaşlarımızın rifah halının daha da pisləşməsinin şahidi olmuşuq. Bəs belə olan halda, niyə Ermənistanın Rusiyanın iştirakı ilə formalaşan inteqrasiya birliklərinə maraq olmalıdır? Və ya başqa bir nümunə - KTMT. Məgər biz bu təşkilatın dəstəyini hiss edirikmi? Təbii ki, biz bunun cavabını 2016-cı ilin aprelində gördük : həm Moskva, həm də KTMT məhz bizə yox, qarşı tərəfə dəstək oldu. Biz KTMT üzvlərinin nəinki maddi, heç mənəvi dəstəyini belə görmədik. Belələiklə, artıq xalq anlamağa başladı ki, Rusiya və onun inteqrasiya layihələri Ermənistanın inkişafı ilə yanaşı, onun sivil dünya ilə əlaqələri inkişaf etdirməsinə də böyük maneədir. Doğrudur, bu gün Ermənistanda Rusiya tərəfdarı olan qüvvələrin tədricən çökməsinə baxmayaraq, Kreml hələ də İrəvana müttəfiq kimi baxmaqda davam edir. Belə görünür ki, yeni hökumət də xarici siyasət kursunu birdən-birə dəyişdirməyə tələsmir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
08.04.2020
Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info