ABŞ türkiyəli nazirlərin üzərindən sanksiyaları qaldırdı
Tarix: 02.11.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


ABŞ Türkiyənin iki nazirliyinin rəhbərini – daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülü sanksiya siyahısından çıxarıb. Anadolu Agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Türkiyə tərəfi də buna cavab olaraq Birləşmiş Ştatların müvafiq vəzifəli şəxslərinə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağı qərara alıb.
Xatırladaq ki, 2016-cı ildə Türkiyədə həbs olunan amerikalı pastor Endryu Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. 2016-cı ildə həbs edilən amerikalı keşiş dövlət çevrilişinə cəhddə əli olmaqda və PKK ilə əlaqədə şübhəli bilinirdi. Avqust ayının əvvəllərində ABŞ-ın Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı “insan haqlarının ciddi pozulması” ittihamı ilə sanksiya tətbiq etmişdi. Bundan sonra ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarını artırmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların rüsumunu qaldırmışdı.
ABŞ-Türkiyə münasibətlərində yaranmış gərginlik bu il oktyabrın 12-də İzmir məhkəməsinin amerikalı keşişin azadlığa buraxılması barədə qərarından sonra yumşalmağa başlayıb.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info