Külli miqdarda brilyant qaşın qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
Tarix: 03.11.2018 | Saat: 14:45:00 | E-mail | Çapa göndər



Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda brilyant qaşların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə Respublikası vətəndaşı Ecer Bilal gömrük nəzarət zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. Ecer Bilala məxsus əl yükü 1-ci terminalın gəliş zalında quraşdırılmış rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə, sərnişin saxlanılıb və onun çantası yoxlanılıb. Bu zaman qəhvəyi rəngli dəri bel çantasının alt hissəsinin astarı kəsilərək gizlədilmiş, yapışqan lentlə üzlənmiş 1ədəd kağız büküm və həmin bükümün içərisində 5 ədəd kiçik həcmli polietilen paketlər aşkar olunub. Kiçik həcmli polietilen paketlərə ayrı-ayrılıqda baxış keçirilərkən gömrük nəzarətindən gizlədilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 95 qram olan 2638 ədəd brilyant qaşlar aşkar olunub.
Faktla bağlı araşdıma aparılır.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
İran-Azərbaycan sərhədində insident - 1 sərhədçi bıçaqlanıb
13.10.2019
Vasim Məmmədəliyev vəfat edib
13.10.2019
Gəncədə yanğın olub, sakinlər təxliyə edilib
13.10.2019
Çində yeməkxanada baş verən partlayışda 6 nəfər ölüb, 15 nəfər yaralanıb
13.10.2019
Panama gəmisi Tokio körfəzində tufan səbəbinə görə batıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info