“Milli şura” jurnalistlərdən niyə qorxur?
Tarix: 08.07.2013 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Mütəllim Rəhimli: “Qarşılıqlı ittihamların ictimaiyyətə sızmasının qarşısını almaq üçün qapalı iclas keçirirlər”

Ayın 9-da “milli şura”nın sessiyası qapalı keçiriləcək. Bu sessiya da jurnalistlər və mətbuat üçün qapalı keçiriləcək. Bu məqam isə “milli şura” daxilindəki ciddi problemlər və qarşıdurmaların mediaya sızdırılmasının qarşısını almaq cəhdlərindən xəbər verir. Bundan başqa, “milli şura”dakıların mətbuata bu cür saymazyana münasibəti və media xofu da ortaya çıxır. Bu da təsadüfi deyil. Xatırladaq ki, “milli şura”nın diktator düşüncəli sədri R.İbrahimbəyov onun haqqında yazan jurnalistlərin “ağzından vurulmalı” olduqlarını qəzəblə bildirmişdi. Bu da “milli şura” adlı müxalif yığnağının hansı səviyyədə olduğunu açıq göstərir.
“Palitra”ya bu barədə fikirlərini bildirən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli belə dedi: “Son günlər kütləvi informasiya vasitələrində yer alan bir sıra yazılar göstərdi ki, “milli şura” təsəvvür olunduğundan da kövrək qurumdur. Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülə bilməyəcəyi ilə bağlı fikirlər, zənnimcə, “milli şura” daxilində bir çaşqınlıq yaradıb. Üstəlik, İsa Qəmbər də bundan istifadə edərək öz namizədliyini irəli sürmək cəhdlərində bulunur və bu qurum daxilində məqsədyönlü şəkildə gərginliyi artırmağa çalışır. Bunu alternativ seçki qərargahının saxlanılması və müavinlərinin aşıqlamaları da sübut edir. Ona görə də “milli şura” növbəti yığıncağında bütün bu məsələlərə aydınlıq gətirməlidir. Qurumun mövcudluğunu saxlamağa və inkişafını təmin etməyə çalışan qüvvələr görünür, ciddi şəkildə bu məsələlərə münasibət bildirəcəklər. İclasın qapalı keçirilməsinin bir səbəbi yuxarıda dediklərim ola bilər.
Digər tərəfdən, “milli şura” hələlik vahid qüvvəyə çevrilə biməyib və qurum daxilində özbaşınalıq halları da var. Kim necə istəyir açıqlama verir, fərqli siyasi mövqe və baxışlar ortaya qoyur. Nəticədə o monolit qüvvəyə çevrilməkdənsə, zəifləməyə doğru gedir. Bunu təxminən bir az fərqli formada bir müddət əvvəl Rəsul Quliyev də dilə gətirmişdi. Hakimiyyətə özünü ciddi alternativ hesab edən bir blok daxilində bu cür hallar onun perspektivinə inamı azaldır. “Milli şura” rəhbərliyi artıq bunu dərk edərək tədbir görməlidir. Əks halda daha pis nəticələr olacaq. Güman edirəm ki, həm də daxildə olduqca fərqli düşüncələrin və qarşılıqlı ittihamların ictimaiyyətə sızmasının qarşısını almaq üçün iclasın qapalı keçirilməsinə qərar verilib”.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info