Xanım Akopyanın “nazı” və ermənilərin qişa olan qaz ümidi
Tarix: 04.11.2018 | Saat: 16:48:00 | E-mail | Çapa göndər



Belə görünür ki, yeni hökumət artıq hər kəsdən artıq lüks və rahatlığı olan ehtirasını açıq şəkildə nümayiş etdirməyə başlayıb. Bunun bariz nümunəsini Ermənistanın baş nazir əvəzi Nikol Paçinyanın həyat yoldaşı Anna Akopyanın helikoplə Artikə etdiyi səfər də sübut edir.
Anna Akopyan Artikə getməkdə əsas məqsədi həyat yoldaşı Nikol Paşinyanın bu ərazilərdə çiyələk yetişdirilməsi üçün tikdirdiyi istixanaya baxmaq və “ölkənin sürətli iqtisadi inkişafı”nı öz gözləri ilə görmək olub. Maraqlıdır ki, “ArmenianReport” saytı ermənilərin əvvəlki rəhbərlərinin həyat yoldaşlarında, deyək ki, elə Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyanın belə bir addım atdığının şahidi olmadığını bildirir. Doğrudan da Anna Akopyan belə bir addım atmaqla nə demək istəyir? Axı, Artiklə İrəvan araslndakı məsafə heç 105 km.- dən artıq deyil. Bunu avtomobillə də həyata keçirmək olardı. Məgər erməni nazir arvadı Artiq sakinlərinə bu vaxta qadər görmədikləri helikopi göstərməkmi istəyib. Qeyd edilməlidir ki, sayt yeni hökumət nümayəndələrinin xanım Akopyanın bu hərəkətinə reaksiya verməmələrinə də münasibət bildirir: “Onlar susqunluq göstərməklə, bir növ yeni hakimiyyət qarşısında müti olduqlarını nümayiş etdirmirlərmi? Axı ötən səkkiz ay ərzində yeni hakimiyyət ölkədə hansı tərıqqiyə imza ataraq, problemləri aradan qaldırmağa çalışıb? Təbii ki. heç nəyə! Əksinə, bütün istiqamətlərdə uğursuzluqların klassik bir nümunəsi müşahidə edilməkdədir.
Bu gün bizim baş nazır səlahiyyətlərini icra edən Paşinyan məzunuyyətdədir. Ölkə parlamenti buraxılıb. Ermənistan KTMT-dəki Baş katiblik səlahiyyətini itirdi. Səbəb, Paşinyan Xacaturovdan cinayətkar yaratmaq istəyidir. Axı, Xacaturov doğrudan da cinayətkardırsa, niyə indiyədək məhkəmə bunu sübut edə bilməyib. Paşinyan unudur ki, belə bir addım atmaqla Ermınistanın KTMT-dəki “nüfuzunu” da aşağılayıb. Qəribədir ki, bütün bunlar sosial-iqtisadi problemlər fonunda, “kimsə bizi demokratiya yolunda dəstəkləyəcək” anımına hesablanıb. Qeyd edilməlidir ki, Ermənistandakı bütün bu yaşantıları görmək üçün dahi bir analitik olmağa ehtiyac yoxdur. Sadəcə, ABŞ-ın Milli təhlükəsizlik üzrə prezident məsləhətçisi Con Boltonun İrəvanda olarkən, Azərbaycan tərəfinin mövqeyini açıq mətnlə bəyan etməsini və
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Nikol Paşinyanın bostanına atdığı daşa diqqət yetirmək lazımdır.
Burada Paşinyanın erməni xalqına yeritməyə çalışdığı fikirlərlə nə Boltonun, nə də Lavrovun dedikləri eyniyyət təşkil etmir. Maraqlıdır ki. erməni rəsmiləri bunu rusların tanış "salam"ı kimi dəyərləndirmələri: “Özünü Ermənistanın strateji müttəfiqi adlandıran bir ölkə əslində Azərbaycana hərbi və siyasi yardım göstərir.”-demələrinin heç bir əsası yoxdur.
Axı. niyə unutmalıyıq ki, Rusiya ilə münasibətlərin bu həddə gəlib çatmasında əsas günahkar məhz baş nazir əvəzi Nikol Paşinyandır. Məhz onun məsuliyyətsizliyidir ki, biz artıq onun altını cəkməkdəyik. Məgər Ermənistanı gözləyənlər bunula bitirmi? Əlbəttə ki, qox!
Bu günlərdə ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini təqdim edib və bu layihəyə görə Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya ötürüləcək. Önümüzdəki günlərdə İrana qarşı sanksiyaların sərtləşdirilməsinin Ermənistan üçün hansı fəsadlar gətirəcəyi isə artıq göz önündədir. Xanım Akopyan isə helikoperə minib sadə, kasıb ermənilərə “naz satır”.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
08.04.2020
Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info