DSMF Yasamal rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib
Tarix: 08.07.2013 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Toplantıda DSMF-nin sədri Səlim Müslümov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev iştirak ediblər. Onlar ölkəmizdə əhalinin sosial müdafiəsini gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin cənab Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində böyük nailiyyətlər əldə edilib, sosial sığorta və pensiya təminatı sahəsində uğurlu islahatlar aparılıb, pensiya və müavinətlərin artırılması, pensiyaçılara dövlət qayğısının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.
DSMF sədri Səlim Müslümov son illər Fondun maddi-texniki bazasının möhkəmləndirildiyini, infrastrukturun tamamilə yeniləndiyini önə çəkərək, ümumilikdə pensiyaçılara və sığortaolunanlara yüksək səviyyədə xidmət göstərmək və işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədi ilə respublikanın 70-dən yuxarı rayonunda yerli şöbələr üçün hər cür müasir avadanlıq və texniki vasitələrlə təmin olunmuş yeni inzibati binaların tikilib istifadəyə verildiyini vurğulayıb. “Hər bir rayon şöbəsində müasir informasiya texnologiyalarına əsaslanaraq yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə, sığorta-pensiya sistemində vətəndaş – məmur kontaktlarının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə hesablanıb”.
S.Müslümov avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün görülən işlərin tamamlanmaq üzrə olduğunu deyərək, bu prosesin yüksək səviyyədə icrası üçün yerli şöbələrin də üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. “Qurulan maddi-texniki baza artıq bizim yaxın günlərdə bu prosesə başlamağımıza tam imkan verir”- deyən DSMF sədri yeni binada çalışacaq kollektivin qarşısında yaradılmış müasir standartlara uyğun olaraq əhaliyə yüksək xidmət göstərmək tələbini qoyub. Xüsusilə işləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığortaolunanların uçota alınması məsələlərinin şöbə işçilərinin qarşısında duran əsas vəzifə olduğu vurğulanıb.
Daha sonra tədbir iştirakçıları Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olublar. Binada əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info