“Türk Hava Yolları” ilin sonunadək bütün aviareysləri İstanbulun yeni aeroportuna keçirəcək
Tarix: 05.11.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


“Türk Hava Yolları” İstanbul Yeni Hava Limanının açılışı ilə türk aviasiyasının yeni erasına qədəm qoyur. Dünyanın ən böyük beynəlxalq hava qovşağı Türkiyənin milli aviaşirkətinə ev sahibliyi edəcək və İstanbulu aviasiya və səyahət mərkəzinə çevirəcək. Şərq və Qərbin kəsişməsindəki strateji mövqeyi sayəsində bu “ağıllı” hava limanı “Türk Hava Yolları” və qlobal aviasiya sənayesinin inkişafı üçün böyük potensiala malikdir və tam hazır olduqdan sonra hər il 200 milyon sərnişini qarşılayacaq.
Türkiyənin Prezidenti Recep Tayyip Erdoğan tərəfindən rəsmi şəkildə açılışı baş tutmuş İstanbul Yeni Hava Limanı Türkiyə Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə “İstanbul Hava Limanı” adlandırılıb. 29 oktyabr tarixində rəsmi açılış mərasiminin ardınca “Türk Hava Yolları” yeni aeroportdan məhdud sayda yerli və beynəlxalq uçuşlar həyata keçirir, digər bütün uçuşlar isə öncədən təyin olunmuş cədvələ əsasən həmişəki qaydada İstanbul Atatürk Hava Llimanından yerinə yetirilir. 30 dekabr tarixinədək İstanbul Hava Limanından əlavə uçuşlar yalnız Ankara, İzmir, Antalya, Bakı və Şimali Kipr Türk Respublikasına (Ercan) nəzərdə tutulub. Mövcud plana əsasən, artıq dekabrın 31-dən etibarən İstanbul Atatürk Hava Limanından olan bütün uçuşlar İstanbul Yeni Hava Limanına köçürüləcək.
Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən aviaşirkət olaraq “Türk Hava Yolları” öz şəbəkəsini genişləndirmək, yeni istiqamətlər üzrə uçuşlar yerinə yetirmək və daha çox sərbəst vaxtla həm sərnişin, həm də yük nəqliyyatını artırma imkanı əldə edəcək. Ən son texnologiya və innovasiyaların tətbiqi ilə ərsəyə gətirilən yeni terminal sayəsində sərnişinlər yeni səyahət təəssüratları əldə edəcək.

Dörd mərhələdən ibarət meqalayihənin 2028-ci ildə tamamlanması gözlənilir. Ümumilikdə, kompleks 76,5 km2 ərazini əhatə edəcək, altı uçuş-enmə zolağı, dörd terminal və 233 hava gəmisi üçün parkinq yeri və 225 min işçi ilə hər il 200 milyon sərnişinə xidmət göstərəcək. Son mərhələ başa çatdıqda ən böyük beynəlxalq hava qovşağı özündə ofislər, yaşayış binaları, hotellər, tibb mərkəzi, mədəniyyət və incəsənət binaları, ticarət mərkəzi, dizayner butikləri, sərgi-konqress mərkəzi, iclas və təlim mərkəzlərini də birləşdirəcək.
“Türk Hava Yolları”nın İcraiyyə Komitəsinin və İdarə Heyətinin sədri İlker Aycı açılış mərasimində bildirib: «”Türk Hava Yolları”nın gələcək inkişaf strategiyasında milli aviadaşıyıcımızın yeni qovşağı çox mühüm rol oynayır və eləcə də, lokal və beynəlxalq sərnişinlərimizə qayğısız səyahət təcrübəsi verəcək».





 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info