KTMT baş katibi vəzifəsinə erməni namizəd seçilməyə bilər
Tarix: 05.11.2018 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Rusiyanın «Kommersant» nəşri növbəti üç il üçün yeni baş katibin Belarus nümayəndəsinin olacağı barədə məlumat yayıb

Bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Baş katib tvəzifəsinin Belarusun Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zasa veriləcəyi barədə müzakirələr keçiriləcək. Verilən məlumata görə, təşkilat liderlərinin yekun qərarı noyabrın 8-də olacaq. Məsələ bundadır ki, Yuri Xaçaturov bu vəzifədən kənarlaşdırııldıqdan sonra, Ermənistan rəhbərliyi yenidən öz nümayəndəsini bu posta yerləşdirməkdə iddialıdır.
Qeyd edək ki, bu il noyabrın 8-də KTMT-yə üzv ölkə (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan) rəhbərləri Astanada növbəti iclasa toplaşacaqlar. İslasda KTMT Katibliyinin yeni rəhbərinin təyin edilməsi məsələsinin də müzakirə ediləcəyi istisna deyil. Maraqlıdır ki, bunu artıq Ermənistan rəsmilərinə yaxın olan medialar da təsdiq etməyə başlayıblar. Artıq Rusiyanın «Kommersant» nəşri növbəti üç il üçün yeni baş katibin Belarus nümayəndəsinin olacağı barədə məlumat yayıb. Xatırladaq ki, KTMT-də üç il üçün nəzərdə tutulmuş baş katiblik səlahiyyətini Ermənistan nümayəndəsi yeni hökumətin «təkidi ilə» il yarım yerinə yetirmək məcburiyyətində qaldı. Təbii ki, Ermənistanda bəzi siyasilər yeni hökumətin bu qərarını təqdir etməsələr də, reallıq budur ki, Xaçaturov artıq təşkilatda səlahiyyət sahibi deyil: «Ermənistanda hakimiyyəti ələ keçirməkdə ittiham olunan Yuri Xaçaturovun geri çağırılması proseduru noyabrın 2-də başa çatdı».
"Kommersant" nəşri KTMT-ni yeni sədrliyinə namizəd kimi, Rusiya nümayəndəsi Yuriy Semerikovun adını hallandırsa da, böyük ehtimalla, Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın təşkilatın baş katib vəzifəsinə irəli çəkiləcəyi istisna edilmir.
Maraqlıdır ki, erməni tərəfi Xaçaturovun yerinə yenidən hər hansı bir erməni namizədin irəli sürüləcəyinə son ana qədər ümidli idi. Bunu, hətta bir müddət bundan əvvəl Nikol Paşinyan da istisna etmirdi . O, rus nəşrinə verdiyi açıqlmada «familiyasından asılı olmayaraq, nəmizəd Ermənistan nümayəndəsi olmalıdır»-deyə bildirmişdi.
Daha bir maraqlı nüans sabiq baş katibin-Xaçaturovun sonrakı aqibəti ilə bağlıdır. Məsələn, Ermənistan tərəfi «Yuri Xaçaturovun Ermənistana qaytarılması ilə bağlı heç bir problem yoxdur»-desə də bu, o qədər də inandırıcı görünmür. Doğrudur, son üç ayda mart hadisələrində təqsirləndirilən Yuri Xaçaturovla bağlı hər hansı bir istintaq işi aparılmasa da, bu, hələ işin yekunlaşmasından xəbər vermir. Xatırladaq ki, bir müddət bundan əvvəl zaminə buraxılması üçün 5 milyon dram ödəyən Yuri Xaçaturova ölkəni tərk etməmək barədə göstəriş verilmişdi. Lakin Kremlin müdaxiləsindən sonra sabiq səlahiyyətli üçün bu məhdudiyyət aradan qaldırıldı. «News.am» saytına danışan Xaçaturovun vəkili Miqran Poqosyan da artıq iyunun 28-dən bəri müdafiə etdiyi şəxslə bağlı hər hansı bir istintaq işinin aparılmadığını bildirib: «… İlk növbədə, həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın ləğv edilməsi ilə bağlı Kassasiya Məhkəməsinə müraciət etdik. Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunan Xaçaturov hazırda Moskvada yaşasa da, onun geri qaytarılma məsələsini hələ ki, müzakirə etməmişik. Ancaq düşünürəm ki, onun Ermənistana qaytarılması ilə əlaqədar heç bir problem yoxdur».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info