Avropa ABŞ-a qarşı çıxır: Makron ABŞ-dan asılı olmayan Avropa ordusunu yaratmağı təklif edib
Tarix: 06.11.2018 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


“Əgər əsl ümumavropa ordusunu yaratmasaq, avropalıları qoruya bilməyəcəyik. Bizim müstəqil, Birləşmiş Ştatlar olmadan, özünü müdafiə edə biləcək Avropamız olmalıdır”


Son günlər dünya mediasının gündəmində olan əsas məsələ ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalardır. 8 ölkəyə güzəştin tətbiq olunduğu sanksiyaların əsas hədəfi İran iqtisadiyyatını zəiflətməkdir. ABŞ mətbuatı yazır ki, Hindistana İrandan gündəlik 300 min barel neft almaq icazəsi verilib. Bu güzəşt 180 günlük nəzərdə tutulub. Sonradan bu güzəştlər də ləğv ediləcək. Sanksiyalara qədər Hindistan İrandan sutkalıq 450 min barel neft alırdı. Avropa ölkələri sanksiyalarla razılaşmasalar da ona əməl etməyə məcburdurlar. Almaniyanın biznes dairələri sanksiyalara etirazlarını bildiriblər. Amma bu etirazların təsir dairəsi ölkə sərhədlərindən kənara çıxmır. Almanlar da ABŞ-ın təzyiqi qarşısında dayana bilmirlər. Buna rəğmən qitə dövlətləri ABŞ-ın güclü təzyiq və təsirindən qurtulmaq üçün yollar axtarırlar. Onların buna nə dərəcədə nail olacağı bəlli deyil. Çünki Avropa dövlətləri iqtisadi və təhlükəsizlik baxımından Birləşmiş Ştatlardan çox asılıdır. Situasiyanın bu qədər gərgin olduğu bir vaxtda Fransa dövlət başçısı Makronun səsləndirdiyi bəyanat diqqət çəkib. Emmanuel Makron “Europe 1” radiostansiyasına verdiyi müsahibədə ABŞ-dan asılı olmayan ümumavropa ordusunu yaratmağı təklif edib. Bu məsələ neçə müddətdir ki, ekspertlər tərəfindən hərbi dairələrdə müzakirə mövzusudur. Avropa İttifaqı rəsmiləri ABŞ-dan asılı olmayan hərbi strukturlar yaradılması işinə, ləng də olsa, başlayıb. Amma hərbi birləşmənin dəqiq konturlarının necə olacağı bəlli deyil. Avropa İttifaqının ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan narazı olduğu bir vaxtda ABŞ-dan asılı olmayan ordu yaradılması təklifinin ən yüksək səviyyədə irəli sürülməsi təsadüfi sayıla bilməz. Fransa dövlət başçısı müsahibəsində fikirlərini belə açıqlayıb: “Əgər əsl ümumavropa ordusunu yaratmasaq, avropalıları qoruya bilməyəcəyik. Bizim müstəqil, Birləşmiş Ştatlar olmadan, özünü müdafiə edə biləcək Avropamız olmalıdır”. Fransa prezidenti bildirib ki, hazırda Avropa daxili demokratik proseslərə və kiberməkana çoxsaylı müdaxilə cəhdləri ilə qarşılaşır: “Biz müdafiə olunmalıyıq! Çindən, Rusiyadan, hətta Birləşmiş Ştatlardan da”. Ondan bir qədər əvvəl də Avropa İttifaqının rəsmisi Günter Ottinger də Avropada demokratiyanı, insan hüquqları və azadlıqlarına görə məsuliyyət daşıyan, xarici missiya yerinə yetirə biləcək vahid Avropa ordusunun yaradılmasının vacib olduğunu açıqlamışdı. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Andrey Krasov Makronun açıqlamalarına dərhal reaksiya verib. “RİA Novosti”yə açıqlama verən Duma üzvü bildirib ki, Avropa ABŞ-dan asılı olmayan hərbi struktur yaratmaq yerinə, ABŞ-ı NATO-dan xaric etməlidir: “Hazırda Avropada NATO var və Qərbi-Şərqi Avropa dövlətləri həmin təşkilata üzvdürlər. Avropada yeni hərbi struktur yaratmaqdansa, ən yaxşısı ABŞ-ı NATO-dan xaric etməkdir. Ümumiyyətlə, okeanın o tayından olan üzvləri təşkilatdan xaric etmək lazımdır. Qərbi Avropadakı tərəfdaşlar görürlər ki, ABŞ-ın siyasəti sülhün və stabilliyin möhkəmlənməsinə yönəlməyib. Əksinə, ona ziyan vurur. Bu ideya yeni deyil, əvvəllər də olub. Ortaya sual çıxır: nə üçün və nə məqsədlə”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info