İranın Xarici İşlər Nazirliyi ABŞ-ın yeni sanksiyaları ilə əlaqədar bəyanat yayıb
Tarix: 06.11.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


İranın Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkəyə yenidən sanksiya tətbiq etməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, ABŞ-ın bu addımı İran iqtisadiyyatı üçün cüzi mənfi nəticələrə səbəb olacaq. Lakin bu addım özü-özlüyündə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının pozulması, dünyanın əksər ölkələrinin iradəsinə zidd olmaqla yanaşı, bəşəri, hüquqi və əxlaqi prinsiplərə hörmətsizlikdir. Həmçinin bu davranış dünya birliyinin bütün üzvlərinə, xüsusilə ABŞ-ın müttəfiqlərinə bir daha göstərir ki, bu dövlət nəinki beynəlxalq qaydalara və normalara hörmət etmir, əksinə digər dövlətləri qanuni beynəlxalq öhdəliklərə və qaydalara riayət etdiklərinə görə cəzalandırır. Son sanksiyalar dalğası həmin ölkələrin şirkətlərini də öz cənginə alıb. ABŞ bildirir ki, sanksiyalar İran xalqına qarşı yönəlməyib. Lakin sanksiyalardan əziyyət çəkən İran xalqı olur. İndiyə qədər tətbiq edilən sanksiyalar və təzyiqlər səbəbindən məsum insanlar - uşaqlar, xəstələr və əhalinin aztəminatlı təbəqəsi çoxlu çətinliklərə və əzab-əziyyətlərə düçar olub. Lakin bu, xalqın istiqlaliyyət və əcnəbilərə qarşı müqavimət yolunda iradəsinə zərrə qədər mənfi təsir göstərə bilməyib.
Bəyanatda, həmçinin bildirilir ki, İran ABŞ-ın qeyri-qanuni əməllərini pisləməklə yanaşı, xanım Federika Moqerininin, üç Avropa ölkəsinin xarici işlər və maliyyə nazirlərinin birgə bəyanatını, eləcə də Rusiya və Çinin ABŞ-ın qanunsuz hərəkətlərinə qarşı mövqeyini, onların İranla maliyyə kanallarını qorumaq və ölkəmizdən neft və qaz ixracaını davam etdirmək barədə öhdəliklərini müsbət qarşılayır və bunu doğru addım hesab edir.
İran bir daha hamının diqqətini ABŞ-ın bəşəriyyətin gələcəyi üçün doğurduğu təhlükəyə yönəldir və düşünür ki, öhdəlik və məsuliyyəti qəbul edən dövlətlər bu rejimin təhdidlərinin qarşısını almaq üçün bir-biri ilə əməkdaşlığı öz gündəliklərinə daxil etməlidir.




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info