İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
Tarix: 06.11.2018 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


“Regional gərginlik Ermənistan-Rusiya münasibətlərinin də xarakterini əhəmiyyətli dərəcədə dəyişə bilər”

«Noyabrın 5-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar qüvvəyə minib. Sanksiyalar ölkənin maliyyə sektorunu təmsil edən 700 nəfər şəxs və şirkətə təsir edəcək. Xatırladaq ki, «…sərt sanksiyalar İranı terrorizmi maliyyələşdirmə təcrübəsinə son qoymağa məcbur edəcək» - deyən ABŞ-ın dövlət katibi Mayk Pompeo, bu sanksiyaların, İrana qarşı tətbiq olunan ən sərt sanksiyalardan biri olacağını bildirib. Maraqlıdır ki, İrana qarşı yeni ABŞ sanksiyalarının tətbiqindən sonra Avropa İttifaqına daxil olan ölkə şirkətləri Amerika və İran bazarlarında eyni zamanda işləyə bilməyəcəklər. Bu dilemma, təkcə Avropa şirkətlərinə deyil, eyni zamanda bir çox digər ölkələrə, o cümlədən Ermənistan üçün ciddi problemlər yarada bilər. Məhz buna görə də, Ermənistan mümkün riskləri nəzərə alaraq, regionda yaranmış gərginliyə ciddi şəkildə hazır olmalıdır. Çünki İran və ABŞ arasındakı münasibətlərin gərginləşməsi heç bir optimizm üçün əsas yaratmaya bilər». Bu sətirlərə öz səhifəsində yer verən ermənilərin «1in.am» saytı qarşıdakı günlərin Ermənistan üçün daha da çətin olacağını etiraf edir.
ABŞ-ı Ermənistanın mühüm tərəfdaşı, İranı isə qonşu ölkə kimi dəyərləndirən erməni saytı yaranmış geosiyasi vəziyyətdə Ermənistan-Amerika əlaqələrinin İranla münasibətlərə təsir göstərməməsi üçün İrəvanın əlindən gələni edəcəyini bildirir: «Hər halda, bu günədək Ermənistanın bütün hakimiyyət orqanlarının belə bir siyasəti olmuşdur və bu məntiq Nikol Paşinyan hökumətinin proqramında da ifadə olunub. Erməni-İran münasibətlərinin Ermənistan üçün nə qədər vacib olduğunu bu günə qədər Vaşinqton da düzgün qiymətləndirirdi. Lakin ABŞ administrasiyasının belə bir addımı bir qədər gözlənilməzdir. Ona görə də, bu vəziyyət Ermənistanın məcburi qərarlar qəbul etməyə hazır olmasını nəzərdə tutur. Məsələ bundadır ki, vəziyyətin gərginləşməsi Ermənistanı ciddi bir dilemma qarşısında qoya bilər və üstəlik, regional gərginlik Ermənistan-Rusiya münasibətlərinin xarakterini əhəmiyyətli dərəcədə dəyişə bilər».
Təbii ki, erməni saytı «Ermənistan-Rusiya münasibətləri» deyərkən İrəvanın son günlər KTMT-də üzləşdiyi «haqsızlığa» eyhamı da nəzərdən qaçırmır. Xatırladaq ki, KTMT-nin erməni baş katibi Yuri Xaçaturovun vəzifəsindən uzaqlaşdırılması son günlər erməni mətbuatının əsas aparıcı mövzularından biri olmaqdadır. Y. Xaçaturovun yerinə hər hansı bir erməni hərbçinin təyin olunacağına artıq ümidini itirən rəsmi İrəvan indi də təşkilat üzvlərini «tərəfdaşlarına qarşı haqsızlıqda» ittiham edir. Maraqlıdır ki, ermənilər dünənədək qarasınca deyindikləri Boltonu indi müdrik kimi dəyərləndirib, onun «suverenliyi və müstəqilliyi xarici təsirdən asılı olmadan tam istifadə etmək» tövsiyəsindən istifadə etməyə çağırırlar.
«Avrasiya məkanındakı "tərəfdaşlarımız" son bir neçə gün ərzində bizi, ən azı, iki dəfə «salamladı» yazan «ArmenianReport» saytı isə, təbii ki, burada Sergey Lavrovun bəyanatını və KTMT-nin Y.Xaçaturovla bağlı atdığı son addımı nəzərdə tutur. Sayt artıq erməni baş katibin yerinə başqa bir nəmizəd irəli sürüldüyünün aydın olduğunu etiraf etsə də, təşkilat rəsmilərini bu məsələni gizlətməkdə ittiham edir: «Belə görünür ki, «Avrasiya» dünyasının hərbi proyeksiyası olan KTMT-nin sükanı artıq Ermənistana verilməyəcək. Bu məsələ ilə bağlı bizim Xarici İşlər Nazirliyinə və KTMT Katibliyinə göndərdiyimiz sorğular hələ də cavabsız qalıb. Onlar heç bir şey bilmədiklərini açıq şəkildə ifadə edərək, çiyinlərini yelləyirlər. Əlbəttə ki, təşkilatın Nizamnaməsində hər hansı bir ölkənin öz nümayəndəsini geri çağıracağı halda, bu ölkənin nə edəcəyi barədə heç bir müddəa yoxdursa, bu, həmin təşkilatın qeyri-adi bir təşkilat olduğundan xəbər verir. Biz bu təşkilatın Aprel müharibəsində Ermənistana qarşı sərgilədiyi münasibətin şahidi olduq.
Belə görünür ki, Ermənistanda yeni parlament seçilib, yeni hökumət formalaşdıqdan, yəni ölkənin siyasi sahəsi təmizləndikdən sonra, İrəvanın ancaq Rusiyaya sərf edən bu təşkilatda qalmağa ehtiyacı olmayacaq. Bu halda «kollektiv təhlükəsizlik təşkilatı» istədiyi şəxsi özünə rəhbər seçə bilər. Çünki bizim təhlükəsizliyimiz onlardan uzaq məsafədədir».
Maraqlıdır ki, bu sayt da ölkə rəsmilərinə amerikalı diplomatın –Boltonun məsləhətinə qulaq asmağı məsləhət görür.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Özümü qərib ölkədə hiss etmədim”
4 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
5 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info