Akademiya ilə ali məktəblərin əlaqəsinin sıxlaşması günün tələbidir
Tarix: 08.07.2013 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Ölkəmizin yaşadığı müasir intibah dövrü bütün sahələrin paralel, davamlı və dayanıqlı inkişafı ilə xarakterizə olunur. Gənclərin intellektual səviyyəsinin artmasında, onların mədəni səviyyəsinin yüksəlməsində, müasir dünya gerçəklikləri ilə ayaqlaşmasında özünü göstərən amillərdən biri kimi təbii ki, elmin və təhsilin müstəsna rolu var. Hər iki sahə dünənimizlə bu günümüzün səsləşərək sabahımıza xoş ərməğanların buraxılmasında tarixi müstəsnalıq təşkil edir.
Fikirlərimizi bu yöndə ifadə edərkən Azərbaycan Milli Elmlər Akademiyası ilə ali məktəblərimiz arasındakı bağlılığın önəmini vurğulamaq lazımdır. Bu da təbiidir. Ali məktəblərimizdə təhsil alan tələbələr akademiya sisteminin aparıcı kadrları olmaq səbəbi ilə formalaşaraq elm və təhsilin qırılmaz bağlılığını sübut edir. Belə bir şəraitdə isə ölkəmizdə elmin inkişaf səviyyəsinin artması özünü göstərir. Qeyd edək ki, respublika miqyasında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu sahədə önəmli mərhələyə gəlib çatılıb. Elmin ən müxtəlif sahələrinin tədqiq edilməsi, araşdırılması və elmi cəhətdən əsaslandırılması məhz təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyur. Və qeyd edək ki, ali məktəblərimiz də bu məsuliyyətin öhdəsindən tarixi təcrübə əsasında gələ bilir.
Naxçıvan Muxtar Respublikasında elmlə təhsil arasında sıx bağlılıq var. Təbii ki, onları ayrı-ayrılıqda təsəvvür etmək olmaz. Bununla bərabər, həm də onların vəhdətini səmərəli şəkildə təmin etmək də mühüm məsələdir. Elə ümummilli liderimiz Heydər Əliyev də ölkəmizin elmi potensialının artmasına böyük dəyər verərək 7 avqust 2002-ci il tarixdə AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalayıb. Həmin sərəncam eyni zamanda elm adamlarının üzərinə mühüm vəzifələr qoydu. Dahi rəhbərimizin də buyurduğu kimi, AMEA Naxçıvan Bölməsinin yaradılmasında əsas məqsəd Naxçıvan tarixinin öyrənilməsindən ibarət olmaqla, Azərbaycan elminə böyük töhfələrin verilməsi kimi vacib məsələləri yerinə yetirməlidir. Məhz elə bu mərhələdə təhsil sisteminin akademiya ilə vəhdət halında işləməsi özünü göstərməkdədir.
Bir məsələni qeyd etmək yerinə düşər ki, AMEA Naxçıvan Bölməsi yaradılarkən burada səmərəli fəaliyyəti təmin etmək məqsədilə aparıcı təhsil müəssisələrimizdən biri olan Naxçıvan Dövlət Universitetinin potensialından məharətlə istifadə olunub. Bölməmizin yaradılmasından keçən dövr ərzində NDU-nun çox dəyərli alimləri buraya dəvət olunaraq elmimizin inkişafına əvəzsiz töhfələrini veriblər və bu gün də verməkdədirlər. Belə alimlərimizdən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli, AMEA-nın müxbir üzvlərindən Hacı Qadir Qədirzadə, Vəli Baxşəliyev, Tariyel Talıbov, Əbülfəz Quliyev və digər görkəmli ziyalılarımızın adlarını sevinc hissi ilə çəkmək olar.
Qeyd edək ki, hazırda da bu işlər uğurla davam etdirilir. İsmayıl müəllimin rəhbərliyi altında AMEA Naxçıvan Bölməsi qısa müddətdə çox böyük uğur və nailiyyətlərə imza atıb. Bir çox sanballı əsərlərin geniş elmi ictimaiyyətə təqdim olunması, tarixi abidələrimizin, ərazilərimizin tədqiq edilməsi, öyrənilməsi, hər qarış torpağımızda mövcud olan Azərbaycan tarixinin şərəfli səhifələrinin açılması məhz onun rəhbərliyi altında mümkün olub. Burada yerinə yetirilən işlər bir tərəfdən Azərbaycan elminə xidmət edirsə, digər tərəfdən də tarixi faktlarla daha da zənginləşərək Azərbaycan həqiqətlərinin dünya miqyasında bəyan olunmasında dövlətimizə yaxından kömək olmaqdadır. Son illərdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən imzalanmış müvafiq sərəncama əsasən, Naxçıvan MR-də tarixi abidələrin pasportlaşdırılması işinin uğurla yerinə yetirilməsi, Naxçıvan Muxtar Respublikasının ikicildlik ensiklopediyasının hazırlanması, elmimizə əvəzsiz töhfə olan qiymətli kitabların yazılması və digər mühüm addımların atılması bölməmizin ən geniş fəaliyyətinin yalnız bir qismini təşkil edir.
Son on səkkiz ilə yaxın bir dövrdə Muxtar Respublikamızda fəaliyyət göstərən hər bir müəssisə və ya təşkilat kimi AMEA Naxçıvan Bölməsi də dövlətimizin gündəlik qayğı və diqqəti ilə əhatə olunub. Bölməmiz 2002-ci ildən etibarən fəaliyyət göstərərək, artıq on bir ildə 6 institutla (Tarix, Etnoqrafiya və Arxeologiya, Təbii Ehtiyatlar, Bioresurslar, İncəsənət, Dil və Ədəbiyyat institutları, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası) nümunəvi yol keçib. Burada 2 nəfər akademik, 4 nəfər müxbir üzv, 6 nəfər elmlər doktoru, 53 nəfər fəlsəfə doktoru, 7 nəfər doktorant, 4 nəfər dissertant olmaqla, 91 elmi işçi və köməkçi heyət tərəfindən elmi tədqiqat işləri yerinə yetirilməkdədir. Elə bunun özü də son 18 ilə yaxın dövrün inkişaf xronikasının ən gözəl mənzərəsidir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info