Moldovalı ombudsmana edilən təzyiq Ermənistanın demokratik dövlət olmadığını sübut edir
Tarix: 08.07.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Moldova parlamentinin ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, bu günlərdə Moldova parlamentinin vəkili (ombudsmanı) Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentindəki çıxışında Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımının törədildiyini deyib. Bu fikirlərinə görə o, təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalıb.
Bəyanatda qeyd olunur ki, Aureliya Qriqoriunun hüquqları kobud şəkildə pozulub və onun öz ölkəsinə qayıtmasına imkan verilməyib. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları, həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut edib. BMT-nin, Avropa Şurasının üzvü olan Ermənistan həmin təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə və digər sənədlərə, o cümlədən insan hüquqlarına dair bir sıra beynəlxalq müqavilələrin iştirakçısı kimi üzərinə götürdüyü öhdəliklərə saymazyana münasibət göstərir.
Sənəddə vurğulanır ki, insan hüquqları sahəsində ilk fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən, hər kəs hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. Həmçinin Ermənistanın da iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir dövlətin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və hər hansı bir ölkəni tərk etmək hüququ var. Paktın mühüm tələblərindən biri də ondan ibarətdir ki, heç kəs öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Göründüyü kimi, Ermənistanın müvafiq qurumları tərəfindən Aureliya Qriqoriunun hərəkət etmək azadlığının məhdudlaşdırılması, onun öz ölkəsinə qayıtmasına maneçilik törədilməsi yuxarıda sadalanan beynəlxalq hüquqi aktların kobud şəkildə pozulmasıdır. Azərbaycan ombudsmanının bəyanatında bildirilir ki, Aureliya Qriqoriunun çıxışı zamanı Ermənistanın rəsmi nümayəndələri tərəfindən onun sözünün kəsilməsi, dediyi fikirlərə görə səlahiyyətli qurumlar tərəfindən açıq-aşkar hədələrə, təqiblərə məruz qalması Avropa İnsan Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili moldovalı həmkarına qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusu halını qətiyyətlə pisləyib. Azərbaycan ombudsmanı beynəlxalq təşkilatları, o cümlədən bütün həmkarlarını Ermənistanda Moldova ombudsmanına qarşı törədilmiş yolverilməz hərəkətlərə laqeyd qalmamağa və münasibətlərini bildirməyə çağırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info