“ATƏT-in ofisinin statusunu müəyyənləşdirmək yerləşdiyi ölkənin suveren hüququdur”
Tarix: 08.07.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


“Ukraynanın mövqeyi sadə və məntiqidir - biz hesab edirik ki, ATƏT-in ofisinin statusunu müəyyənləşdirmək onun yerləşdiyi ölkənin suveren hüququdur. Ancaq biz ATƏT üzvüyük və komanda ruhu da var. Heç kim Azərbaycanın qərar qəbul etmək hüququnu kiçiltmir”. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı məsələni şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi çox konstruktivdir: “Ümid edirəm ki, tezliklə Azərbaycanı və Azərbaycan xalqını təmin edəcək qərarlar qəbul edəcəyik. Çünki bu, xalqın naminə edilir”. Xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün ATƏT müşahidəçilərini ölkəmizə dəvət edəcək.
O qeyd edib ki, qanunvericiliyə əsasən, bu kimi dəvətlər seçkilərə təxminən iki ay qalmış göndərilir. ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycanın bu niyyətini alqışlayıb: “Azərbaycanın ATƏT üzvü kimi seçkiləri izləməyə təşkilatımızdan müşahidəçi dəvət etmək istəyini alqışlayırıq”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info