Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
Tarix: 07.11.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Noyabrın 7-də Şamaxı rayonunun Qaravəlli kənd tam orta məktəbində Çex Respublikasının ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı “Enerji səmərəliliyinin təmin olunması” layihəsinin açılışı olub. Layihə çərçivəsində Qaravəlli kənd məktəbi əsaslı təmir edilib.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert, Azərbaycanın Təhsil Nazirliyinin və Çexiyanın Təhsil, İdman və Gənclər Nazirliyinin məsul işçiləri, media nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimi rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev açaraq, layihə çərçivəsində kənd məktəbinin mövcud üç korpusundan birinin dam örtüyünün tamamilə dəyişdirildiyini, ümumiyyətlə, binanın əsaslı təmir edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 4 sinif və 1 kompüter otağı ən müasir havalandırma sistemi ilə təmin olunub. 11 kompüter istifadəyə verilib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə imkan yaradacaq.
Sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Nazir müavini “Enerji səmərəliliyinin təmin olunması” layihəsinin reallaşmasına görə Çexiya səfirinə təşəkkürünü bildirib.
Səfir Milan Ekert layihənin ekoloji əhəmiyyətindən söz açıb. İnsanlar və ölkələr arasında körpülərin qurulmasının heç də asan olmadığını vurğulayan səfir, Çexiya ilə Azərbaycan arasında yaxşı münasibətlərin, strateji anlaşmanın olduğunu vurğulayıb. Bildirib ki, hələ qarşıda müxtəlif sahələrdə bir çox əməkdaşlıq imkanları mövcuddur.
Çexiyanın təhsil, idman və gənclər nazirinin müavini Dana Prudikova çıxışında iki ölkənin bir-birinə həmişə dəstək olduğunu söyləyib, təhsilin keyfiyyətinin vacibliyini, bunun üçün yaxşı şəraitin yaradılmasının zəruriliyini diqqətə çatdırıb, məktəbin kollektivinə uğurlar arzulayıb.
Sonra qonaqlar kompüter və sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info