“Zaman Əkrəm Naibovun qarşısına həqiqətləri söyləməkdən qorxmayan Aureliya Qriqoriunu çıxartdı”
Tarix: 08.07.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Ermənistan parlamentinin binasında baş verən hadisə artıq dünya mətbuatının ciddi müzakirə edilən bir mövzusuna çevrilib. Xatırladaq ki, sözügedən ölkədə keçirilən konfransında Moldovanın parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriu "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" adlı məruzəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini deməklə yanaşı Xocalı soyqırımına da erməni qoşunlar tərəfindən törədildiyini bəyan etmişdi.
Millət vəkili Yeni Azərbaycan Partiyası(YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Azərbayacana şər atan Əkrəm Əylisli ilə moldovalı ombudsman arasında maraqlı müqayisə aparıb. Millət vəkili sosial şəbəkədə yazıb ki, ilk dəfə idi ki, Ermənistan parlament zalında onların məsuliyyəti üzərlərindən atmaq istədikləri Xocalı soyqırımının adı çəkilir və Ermənistan Azərbaycan torpaqlarının bir hissəsinin işğalında ittiham edilirdi: “Əslində moldovalı ombudsman olan həqiqəti söyləmişdi və dünya ictimaiyyətinin diqqətini bir daha bu ağır faktlara yönəltmişdi. Dünyanın hər dəfədən dəfəyə bu məsələrə dəstək verməsi isə Ermənistanın beynəlxalq aləmdə vəziyyətini daha da çıxılmaz edir. Buna təsdiq kimi Ermənistandan başqa bütün dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıması və beynəlxalq təşkilatların bir çox sənədlərində Ermənistandan işğal etdiyi ərazilərdən qoşunlarını çıxartmağın tələb edilməsini göstərmək olar. Artıq 6 ölkə və ABŞ-ın 13 ştatı Xocalı soyqırımını genosid kimi tanımış və hadisələrdə Ermənistanın məsuliyyətini qəbul etmişlər. Ancaq Aureliya Qriqoriunun çıxışından sonra hadisələrin gedişi göstərdi ki, Ermənistanda həqiqəti söyləyən heç kəsə, o cümlədən xarici ölkələrin nümayəndələrinə icazə yoxdur. Tədbirdən sonra Moldova parlament vəkilinin qaldığı hotelin ətrafına millətçi əhvali-ruhiyyəli insanlar toplaşır və ona hədələr, o cümlədən ölüm hədələri yağdırmağa başlayırlar. Eyni hədələr və təhqirlər onun elektron poçtuna və sosial şəbəkədəki səhifəsinə də gəlməyə başlayır. Aeroporta uçuş günü isə ona avtomobil verilmir və hoteldə tək və böyük təhlükə altında qalır. Sabahısı gün, 6 iyulda o, Rumıniyanın Ermənistandakı səfirliyinə məxsus diplomatik avtomobil ilə ölkəni tərk etmək istəsə də, bütün beynəlxalq qaydalara zidd olaraq da onu sərhəddən buraxmayıblar. Ombudsmanı geri qaytararaq İrəvanda mətbuat konfransında Ermənistandan üzr istəməsini tələb etdilər.
Ancaq bütün bu təzyiqlərə və Ermənistanın dövlət səviyyəsində terror hədələrinə baxmayaraq, xanım Aureliya Qriqoriu üzr istəmir və təkidi ilə vətəninə qayıdır. Ermənistan bu zərif qadının qətiyyəti və şərəfi qarşısında geri çəkilməyə məcbur oldu. Bu fövqdə yada Azərbaycan vətəndaşı olan azərbaycanlı yazıçı Əkrəm Naibovun bir müddət əvvəl Azərbaycana böhtanla dolu olan “Daş yuxular” romanını xaricdə çap etdirməsi düşür. Moldovan Qriqoriu əgər Qarabağ həqiqətləri haqqında sənədlərlə tanış olmuşdusa, azərbaycanlı Əkrəm Naibov Ermənistan tərəfindən torpaqların işğalından və Xocalı faciəsindən yaranan mühitdə yaşayırdı və müharibə qurbanları ilə hər gün rastlaşırdı. Bütün bunlara baxmayaraq Xalq yazıçısı, Prezident təqaüdçüsü, “Şöhrət “ ordeni laureatı, keçmiş deputat Əkrəm Naibov öz xalqına şər atmaqdan, erməni millətçilərinin törətdiyi vəhşilikləri xalqımızın adına yazmaqdan çəkinmədi. Nəticədə azərbaycanlı Əkrəm Naibov İrəvanda qəhrəman kimi qarşılandı, şəninə təriflər yağdırıldı, kitabı ermənilər tərəfindən müxtəlif dillərə tərcümə edilərək yayılmağa başlandı, antiazərbaycan kampaniyasında Ə. Naibovun kitabına istinad edilməyə başlandı. Ancaq moldovan Aurelia Qriqoriu İrəvanda Ermənistanın Azərbaycan torpaqlarını işğalından bəhs etdi, onu Xocalı soyqırımı törətməkdə ittiham etdi. Onun cəsarəti az qala həyatına son qoyacaqdı. Amma o, həqiqəti hər şeydən üstün tutdu və bir mətinlik nümunəsi göstərdi. Zaman Azərbaycan həqiqətlərinə göz yuman azərbaycanlı Əkrəm Naibovun qabağına bu həqiqətləri səsləndirməkdən qorxmayan moldovan Aureliya Qriqoriunu çıxartdı. Hesab edirəm ki, fərqliliyə baxmayaraq onların hər ikisinin adı Qarabağ tarixində qalacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info