“Moldova ombudsmanı Ermənistanı pis vəziyyətə salıb”
Tarix: 08.07.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Qraçya Qalustayan: “Ermənistanı milli maraqların əleyhinə çıxmağa hazır olan satqınlar idarə edir”

Moldovanın parlament vəkili, ombudsman Aureliya Qriqoriunun Ermənistan parlamentində etdiyi çıxış bu ölkə siyasiləri və ictimaiyyəti üçün «soyuq duş» effekti yaradıb. Ermənistan parlamentində Avropa standartları, dondurulmuş münaqişələr, insan hüquq və azadlıqları ilə bağlı təşkil edilən beynəlxalq konfransda bir çox dövlətin təmsilçiləri, beynəlxalq KİV nümayəndələri iştirak edib.
Belə bir mötəbər tədbirə Ermənistan Konstitusiya Məhkəməsi və Xarici İşlər Nazirliyinin dəvəti ilə qatılan Moldova ombudsmanının parlament tribunasından səsləndirdiyi fikirlər Sərkisyan başda olmaqla işğalçı ermənilərin yuxusunu ərşə çəkib. Səbəb çox sadədir-xarici nümayəndə heyətinin üzvü, başqa bir ölkədə insan hüquqlarının müdafiəsi ilə məşğul olan məsul şəxs Ermənistanın parlament tribunasından işğalçıların siyasətini ifşa etdi. Xanım Aureliya Qriqoriu parlament tribunasından bəyan etdi ki, “Xocalıda baş verən soyqırımını ermənilər törədib və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib”. Moldova ombudsmanının Ermənistan parlamentində, işğalçı ölkənin ali qanunvericilik orqanının tribunasından işğal siyasətini ifşa etməsi, onların Xocalı soyqırımını törətməsi həqiqətini səsləndirməsi beynəlxalq ictimaiyyətin bu məsələlərə biganə qalmadığını sübut edir. Moldovalı ombudsmanın Ermənistan parlamentində Azərbaycan həqiqətlərini bəyan etməsi Ermənistan siyasilərinin və xaricdəki erməni diaspor təşkilatlarının Xocalı soyqırımını, işğal faktını ört-basdır etməsinin faydasız olduğunun isbat edir. Bu faktları nə qədər gizlətməyə çalışsalar da, Azərbaycan dövlətinin həyata keçirdiyi aktiv siyasət, hücum diplomatiyası sayəsində Ermənistan hər keçən gün bir qədər də dalana dirənir. Balanslaşdırılmış xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostlarının sayını xeyli artırıb. Elə ölkəmizin 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də dövlət başçısının həyata keçirdiyi rasional xarici siyasət kursunun məntiqi nəticəsidir.


“Biz indi pis vəziyyətə düşmüşük, bizi eşidən azdır. İndi elə situasiyadayıq ki, nə desək, özümüzə haqq qazandırmış kimi oluruq. Bu isə bəri başdan məğlub mövqedir”

Ermənistanın işğal siyasəti, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif tədbirlərin əhəmiyyətini də qeyd etmək lazımdır. Bütün bu siyasətin məntiqi nəticəsidir ki, artıq Azərbaycandan kənar qüvvələr, nüfuzlu siyasi-ictimai xadimlər, müxtəlif beynəlxalq tədbirlərdə, eləcə də İrəvanın mərkəzində Ermənistanın işğal siyasətini ifşa edirlər. Bu fakt dalana dirənmiş Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinin göstəricisidir. Ermənistanın özündə isə siyasi dairələr hələ də xanım Aureliya Qriqoriunun onlara vurduğu tərs sillənin təsiri altındadırlar. Siyasi ekspert Qraçya Qalustyanın bu məsələ ilə bağlı qələmə aldığı məqalədə ermənilərin bu ifşa faktından sonra nə qədər çox qıcıqlandığını göstərir. Ekspert yazır: «Mən hələ də anlaya bilmirəm ki, bu qalmaqalın birbaşa günahkarı olan Xarici İşlər Nazirliyi bu günə qədər susur. Bu qədər səhv buraxan strukturu saxlamağa nə ehtiyac var? Ölkənin imicinə zərbə vurulmasının qarşısını ala bilməyən, işləri-gücləri xarici ölkələrə səfər etmək olan bu qədər diplomatı saxlamağa, onlara əməkhaqqı verməyə ehtiyac varmı? Biz indi pis vəziyyətə düşmüşük, bizi eşidən azdır. İndi elə situasiyadayıq ki, nə desək, özümüzə haqq qazandırmış kimi oluruq. Bu isə bəri başdan məğlub mövqedir. Moldova ombudsmanını ölkəyə dəvət etməzdən əvvəl onu yoxlamaq, mövqeyini, fikirlərini öyrənmək lazım idi. Bunu tədbiri təşkil edən Konstitusiya Məhkəməsi və gələn qonaqların siyahısını təsdiq edən Xarici İşlər Nazirliyi etməli idi. Hər iki dövlət təşkilatı ancaq belə tədbirlər təşkil etməklə büdcədən pul qoparmağı düşünürlər. Bunun əvəzində elə qamaqallar baş verir ki, nəticəsini heç bir məbləğdə pulla ləğv etmək mümkün olmur. Belə qalmaqallarla üzləşməmək üçün hər kəs işinə vicdanla yanaşmalıdır. Əvvəlcədən heç bir iş görməyənlərin indi hay-küy salması mənasızdır. Moldovadakı diaspor təşkilatlarımız da ombudsmanın şübhəli reputasiyası ilə bağlı məlumat verə bilərdilər ki, o da tədbirə dəvət olunmazdı. İndi diaspor təşkilatlarının adından səsləndirilən bəyanatlar gecikmiş addımdır. Yeganə çıxış yolu xanım Aureliya Qriqoriunun özünə çıxmaq və onunla danışmaqdır. Yoxsa başqa ölkələrdən olan potensial təxribatçıların sayı çoxalacaq. Nə qədər ki biz susuruq, belə təxribatçıların qarşısını almaq mümkün olmayacaq. Ən dəhşətlisi odur ki, Xarici İşlər Nazirliyi hələ də Kişinyova rəsmi etirazla müraciət etməyib. Edvard Nalbandyan hələ də bu məsələ ilə bağlı bir kəlmə səsləndirməyib. Moldova obmudsmanını İrəvana dəvət etmiş şəxslərin heç biri vəzifəsindən azad olunmayıb. Təsadüfdürmü? Yox. Nədənsə belə təsadüflər, İrəvanda antierməni bəyanatlar çox səslənməyə başlayıb. Onların sayının artması onu göstərir ki, ya hakimiyyət bunlara qarşı durmaqda gücsüzdür, ya da əvvəlcədən məlumatları olur. Görünür, Moldova ombudsmanının səsləndirdiyi fikirlərdən əvvəlcədən xəbərləri olduqları üçün heç kimi cəzalandırmırlar. Buradan belə bir nəticə çıxır ki, Ermənistanı milli maraqların əleyhinə çıxmağa hazır olan satqınlar idarə edir».
Anar Miriyev






 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info