Mobil telefonla elektron imza layihəsindən daha bir yenilik
Tarix: 08.07.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq ölkəmizdə daimi yaşamaq hüququ olan əcnəbi vətəndaşa “Asan İmza” elektron sertifikatı və SIM kartı təqdim olunub. Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərov bildirib ki, Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının daim artan sayını nəzərə alsaq, bu hadisənin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil.
Onun sözlərinə görə, artıq Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşları elektron hökumətin bərabərhüquqlu iştirakçısına çevrilərək həm Azərbaycanda, həm də onun hüdudlarında olmalarından asılı olmayaraq, müxtəlif e-xidmətlərdən, o cümlədən kommersiya fəaliyyəti ilə bağlı e-xidmətlərdən istifadə edə bilərlər: “Dövlət agentliyi tərəfindən dövlət xidmətlərinin vətəndaşlara daha da yaxınlaşdırılması, bu əlçatanlığa nail olunması istiqamətində mütəmadi işlər görülür. Azərbaycanda mobil imza artıq fəaliyyətdədir və bunun bilavasitə məqsədi dövlət xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin olunması, yerləşmə yerindən asılı olmayaraq hər bir vətəndaşın dövlət xidmətlərindən istifadə üçün imkanlarının formalaşdırılması və bunun çox sadə yolla tətbiqidir. Vətəndaşlar xidmətlərin onların yerlərinə və hərəkətinə uyğun olaraq tənzimlənməsini arzulayırlar. “ASAN imza” da hər bir mobil aparat istifadəçisinə belə bir fürsəti yaradıb. Bunun üçün heç bir karta ehtiyac yoxdur. Bu imzanı əldə edən şəxs həm ölkə həm də xaricdə bu xidmətlərdən istifadə edərək öz mənafeyinə uyğun dəyişə bilər. Beləliklə, bu, respublikamızda daimi yaşamaq hüququ olan digər dövlətin vətəndaşına verilən ilk elektron imzadır”.
Vergilər Nazirliyinin Hüquq idarəsinin rəisi Samirə Musayeva bildirib ki, vətəndaşlar “Asan İmza”nı çox asanlıqla və rahat şəraitdə həm asan xidmət mərkəzlərində, həm də Vergilər Nazirliyinin bütün xidmət mərkəzlərində əldə edə bilərlər. Onun sözlərinə görə, bir ünvana müraciət edən vətəndaş həm mobil operatorundan sim kartı əldə edəcək, digər tərəfdən həmin sim-kartda öz imzasını aktivləşdirə bilər: “Bunun vasitəsilə də bütün xidmətlərdən müasir dövrün bütün standartlarına uyğun olaraq çox asan və təhlükəsiz şəraitdə istifadə edə biləcək. Bu isə o deməkdir ki, artıq Azərbaycanda “ASAN imza”nı əldə edən hər bir şəxs bunun yüksək təhlükəsizlik standartlarına cavab verən həmin imzadan qarşılıqlı olaraq tanındığı digər dövlətlərdə istifadə edə biləcək. Azərbaycanda biznes imkanları olan bir şəxs digər ölkədə biznes tərəfdaşı olan digər şirkətlərlə sənədləri asan şəkildə “ASAN imza” ilə imzalaya biləcək. Artıq bir imzanı əldə etməklə vətəndaş çoxsaylı şifrə və parollardan azad olacaq. Bir imza vasitəsilə bütün dövlət və qeyri-dövlət təşkilatlarının elektron xidmətlərindən yararlana biləcəklər”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info