“Bizim gənclər dövlətçiliyə sadiqdir”
Tarix: 08.07.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


İlkin Musayev: “Azərbaycan diasporunun gələcəyi, onun davamlılığı, nəsil varisliyinin qorunub-saxlanılması məhz gənclərdən asılıdır”

Müsahibimiz İlkin Musayev 1995-ci ildə Çelyabinsk şəhərində anadan olub. Çelyabinsk şəhərində 97 saylı Politexnik liseyini bitirdikdən sonra Cənubi-Ural Dövlət Universitetinin Beynəlxalq fakültəsinə qəbul olunub. Hazırda ali təhsil almaqla yanaşı, idmanla məşğuldur. Eyni zamanda Çelyabinskdəki “Ozan” Azərbaycan Mədəniyyət mərkəzinin gənclər üzrə sədr müavini, "Molodoy Qvardiya Edinoy Rossii" Ümumrusiya ictimai təşkilatının Çelyabinsk regional bölməsinin "Beynəlxalq ələqələr” layihəsinin rəhbəridir.

- İlkin müəllim, Çelyabinskdəki azərbaycanlı gənclər diaspor sahəsində hansı fəallıq göstərirlər?
-Hazırkı zamanda gənclər-gələcəyin ən güclü potensialıdır. Diaspordakı cavanlar artıq özlərini aktivistlər kimi qələmə veriblər və indi onlar yaşlı nəslin sayəsində və onların gənclərə təqdim etdikləri şəraitə əsasən, lider olmağa çalışırlar. Hansı ki sərbəst qərarlar verə bilsin, ideyaları həyata keçirməyi bacarsın və Azərbaycan diasporunu dalınca apara bilsin. Belə ki, göründüyü kimi, Azərbaycan diasporunun gələcəyi,onun davamlılığı, nəsil varisliyinin qorunub-saxlanılması məhz gənclərdən asılıdır. Buna görə də mənimlə yanaşı, Aqil Hüseynov, Royal və Xəyal Caniyevlər, Raqifə və Rasifə Qənbərovalar, Qədimə Hüseynova, İsmayıl Rzayev, İlqar Abbasov, Orxan İsmayılov, Rüfət Şabanov, Musa Hüseynov və mərkəzin bir çox digər gəncləri Cənubi Uralda çalışırıq ki, aktiv ictimai iş aparaq.
- Çelyabinskdəki yaşlı nəsil diaspor nümayəndələrinin təcrübələrindən bəhrələnə bilirsinizmi?
- Hələ qədimdən belədir ki, yaşlı nəslin ənənələri gənclərə keçirilir. Bu sərvətlər dəyişmir, onlar mühüm və əhəmiyyətlidir və biz onları qorumaqda güclüyük. Azərbaycan mədəniyyət mərkəzi “Ozan” diaspor siyasəti ilə zəngin təcrübə əldə edib, hansı ki, əvvəlcədən bizə yüksək vəzifə tapşırır: Daimi “Ozan” qəzetinin və “Dostluq ipək yolu” kitabının iki hissəsinin çıxarılması. Mədəniyyət dialoqu: “Çelyabinsk - Bakı” mədəniyyət günlərinin keçirilməsi və Çelyabinsk vilayəti ilə (Rusiya Federasiyası) Azərbaycan Respublikası arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-əməkdaşlıq haqqında sazişlərin bağlanılması, nümayəndə heyətləri ilə daimi mübadilə və bir çox başqa işlər. Bu, Cənubi Uralda Azərbaycan diasporunun gənclərinin gələcək fəaliyyəti üçün qida məhsuludur. Sədr-Rəfael müəllimin sayəsində, uşaq yaşlarımdan mən mərkəzin müxtəlif tədbirlərində iştirak etmişəm. İndi də məhz cavan nəslə həvalə olunub ki, yaşlı nəsillə birgə liderlik gücünü, təşəbbüsü və cavabdehliyi öz üzərinə götürsün, həmçinin xaricdə yaşayan həmyerlilərimizin konsolidasiya işlərində. Gənc nəsil innovasiya ideyalarının inkişafında, Azərbaycan diasporunun banilərinin qoyduqları əsasların möhkəmlənməsində əsas rollardan birini ifa edir. “Vaxtlar əlaqəsini” himayə edərək, diasporun gənc nəsli aktiv vətəndaş cəmiyyəti ilə firavan mühitin yaradılmasında yararlı olmağa və Rusiya ilə Azərbaycan arasında mədəni və mənəvi əlaqələrin qorunub-saxlanılmasına can atır.
- Şübhəsiz ki, gənc diasporun hərtərəfli dəstəyə ehtiyacı var. Sizə bu işdə kimlər dəstək olur?
- Gənclik bizim aktivimizdir, Çelyabinsk vilayətində “Ozan”ın başladığı işlərin- cavanlıqdan öz gücünü və biliklərini nəcib işlərə, milli mədəniyyətin genişlənməsinə, tarixi Vətənlə əlaqələrin qorunub-saxlanılmasına yönəltmək imkanıdır. Bu işdə bizə “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi tam dəyərli köməklik göstərir, hansı ki öz növbəsində o, Azərbaycanın ictimai və dövlət orqanları tərəfindən kifayət qədər himayə olunmur.
- Azərbaycan gəncləri Prezidentin ətrafında birləşir. Siz bunu necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyev gəncləri necə himayə edirsə, eləcə də Azərbaycan gəncləri Prezidentin yanındadır və onu dəstəkləyir. Bütünlükdə, son zamanlar bu istiqamətdə böyük işlər görülüb və bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi və iqtisadi həyatında aktiv rol oynayır. Bizim gənclər dövlətçiliyə sadiqdir, vətənpərvər ruhda tərbiyə alır.
- Diaspor təşkilatları ilə hansı dostluq əlaqələri var?
- Bizim gəncliyə xas olan, həyati-aktiv mövqeyimiz-novatorluğa cəhdimiz qarşılıqlı partnyorluq əlaqələrimizin forma və üsullarının həyata keçirilməsinə təkan verir. Dözümlü(tolerant) tərbiyə layihələri çərçivəsində gənclik Çelyabinsk milli-mədəni məkrəzlərarası keçirilən KVN-də iştirak edir, məktəblilər Çelyabinsk vilayətinin Xalqlar dostluğu evinin keçirdiyi “Ural xalqları nağıllarının yeni il səyahətləri” viktorinalarında, həmçinin “Ozan”ın layihələrində iştirak edirlər.
- Siz Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
- Azərbaycan diasporunun gələcəyi üçün gənclərin müəyyənedici rolunu nəzərə alaraq, məmnuniyyətlə biz mədəniyyətimiz və tarixi irsimiz, gözəl adət və ənənələrimiz haqqında biliklərin genişləndirilməsində və qorunub-saxlanılmasında özümüzün lazımi dəyərli xəzinəmizi əsirgəmirik. Bizim gənclər Cənubi Uralda Azərbaycanı layiqli şəkildə təmsil edərək, ictimaiyyətdə Azərbaycan haqqında obyektiv anlayışlar formalaşdırır.
Mən Çelyabinskdəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin gənclər üzrə sədr müavini, "Molodoy Qvardiya Edinoy Rossii" Ümumrusiya ictimai təşkilatının Çelyabinsk regional bölməsinin "Beynəlxalq ələqələr" layihəsinin rəhbəri kimi çalışıram ki, gənc təşkilatlarla, komitələrlə, milli-mədəni mərkəzlərlə əməkdaşlıq əlaqələri möhkəmlənsin, genişlənsin. Bunun üçün biz dəyirmi masalar keçiririk: “Sosial tolerantlıq”,”Rusiya milləti”. Rusiyanın davamlı inkişaf faktoru- “Gələcəyin strategiyası”, tarixin saxtalaşdırılmasına qarşı işlər aparırıq. Çelyabinskdə Azərbaycan rəssamlarının “Dağlıq Qarabağ” adlı sərgisində iştirak etdik. Dağlıq Qarabağda 20 il bundan əvvəl baş verən hadisələrə həsr olunan müharibənin uzunsürən əks-sədası kimi, Cənubi Uralsk Dövlət Universitetində XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına aid tədbir keçirilib. “Xocalı üçün ədalət” kampaniyası çərçivəsində Rusiya və Azərbaycana maraq və bu dəhşətləri xalqa tanıtmaq kimi işlər görülür. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibətilə “Dostluq qanadlarında” Çelyabinsk vilayət festivalında Rusiya-Azərbaycan gənclər yaradıcılığı müsabiqəsində iştirak etdik. Burada Çelyabinsk vilayətindən 500 tələbə və məktəbli iştirak etdi, qaliblər isə 15 nəfərdən ibarət olan şəhərin Mədəniyyət və turizm idarəsindən dəvət olunmuşdular. Azərbaycanın ümummilli liderinin 90 illiyinə həsr olunmuş konsertdə iştirak etmək üçün Azərbaycana gəlib bir həftə öz gözlərimizlə “Azərbaycanın inkişaf yolunu” gördük.
Azərbaycanın qədim milli mədəniyyəti ilə tanışlıq məqsədi çərçivəsində Çelyabinsk şəhəri və vilayətinin rəhbərliyi ilə birgə “Ozan”ın gənc nəsli “Uralın çiçəklənməsi” milli-mədəni festivalında və ”İctimai-siyasi vernisajda” iştirak etdilər.
Bir ənənə olaraq, bizim gənclər digər xalqların gənclərini özünə cəlb edərək əlamətdar tarixlərə həsr olunmuş bayram tədbirlərində-Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı, Respublika Günü, Bilik Günü və s. tədbirlərdə iştirak edirlər. Bütün bunlar da Azərbaycan mədəniyyətini təbliğ edərək dostluq əlaqələrinin inkişafı naminədir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info