“İşğal edilmiş ərazilərdən narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edilir”
Tarix: 08.07.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


“İqtisadi və Sosial İnnovasiyalar İnstitutu”nun rəhbəri, millət vəkili Əli Məsimli son illərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar və Dağlıq Qarabağ problemi haqda maraqlı fikirlər səsləndirib.
Azərbaycan torpaqlarının 20 faizinin işğalda saxlanılmasının davam etməsinin bütün dünya üçün təhlükəli olduğunu deyən millət vəkili bunu bir sıra böyük dövlətlərin geopolitik oyunlarının və yaşadığımız Qafqaz regionu uğrunda mübarizənin bilavasitə nəticəsi kimi qiymətləndirib. Əli Məsimli vurğulayır ki, geosiyasi oyunlar və beynəlxalq qurumların yarıtmaz fəaliyyət ucbatından Azərbaycan XX əsrin sonu 21-ci əsrin əvvəllərinin ən böyük işğal faciəsini yaşamaqdadır. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər Azərbaycan üçün hər şeydən əvvəl böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaradıb. Təcavüz nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 100 min nəfər yaralanıb, 50 mindən çox insan əlil olub, 5 minə yaxın insan isə əsir və itkin düşüb.
Azərbaycanlıların əsrlər boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq soydaşımız qovulub, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilib.
Millət vəkilinin sözlərinə görə, tədqiqatlar göstərir ki, işğal nəticəsində Azərbaycana ciddi maddi ziyan dəyıb. Ermənistanın işğal etdiyi ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti təcavüzün qurbanı olub. Bundan əlavə 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçib. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb. Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə istehsal olunub: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəyib. Hesablamalara görə 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olub. İşğal olunmuş ərazilərdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri var. Artıq beynəlxalq səviyyəli mötəbər sənədlərdə və hesabatlarda acıqca göstərilir ki, ermənilər işğal edilmiş Azərbaycan ərazilərindən narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edir. Bu o deməkdir ki, narkotik maddələrin dövriyyəsindən əldə edilən pullar Azərbaycana qarşı yönəldilmiş təcavüzkar separatizmin maliyyələşdirilməsində mühüm rol oynayır. Ona görə də beynəlxalq təşkilatların bu məsələyə ciddi yanaşması tələb edilməlidir.
Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlkin hesablamalara görə, işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirib və ölkəyə 60 milyard ABŞ dollarından artıq ziyan dəyib. Oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyil. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur”.
Əli Məsimli bir sıra təhlillərin Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı işğaldan azad etməyə hazır olmasını göstərdiyini deyir.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu”nun rəhbəri işğal zonasında qalmış faydalı qazıntıların istismarının ildən-ilə genişləndirilməsini də təhlükəli hal sayır.
Bir sıra ölkələrin şirkətləri beynəlxalq konvensiyaların hamı tərəfindən gözlənilməli olan təməl prinsiplərini pozaraq bu talançılıqda iştirak edirlər. Kanadanın First Dynasty Mines (FDM) şirkəti işğal olunmuş Azərbaycan ərazisində Kəlbəcərin “Söyüdlü” qızıl yatağının istismarı ilə məşğuldur. Həmin yatağın qızıl ehtiyatları 40 tona qədər qiymətləndirilir. Yatağın 73 faizi, yəni orada olan qızılın 29,2 tonu işğal olunmuş Kəlbəcər ərazisinə düşür. Bir sıra mənbələrin verdiyi məlumatlara görə First Dynasty Mines (FDM) şirkəti “Söyüdlü” yatağından 2003-cü ildə 2 ton, 2004-cü ildə 2,5 ton, 2005-ci ildə 3 tondan, 2006-cı ildə isə 5 tondan artıq qızıl çıxarıb və sonrakı illərdə də həmin talançılıq davam etdirilmişdir: “İşğal olunmuş ərazilərin sərvətlərinin talan edilməsi beynəlxalq hüquq normalarına və konvensiyalarına ziddir. Bu talançılığa göz yumulması, Azərbaycan tərəfinə qızılın hazırkı qiymətləri ilə götürüldükdə milyard ABŞ dollarından artıq ziyan vurulması deməkdir. Ona görə də, bu məsələ ilə bağlı beynəlxalq konvensiyalara uyğun surətdə məhkəmə iddiası qaldırılmalı və Ermənistanın talançılıq siyasətinə son qoyulmalıdır.
Ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarından narkotik istehsalı məqsədilə istifadə olunması kimi bəşəriyyət üçün acınacaqlı nəticələrə gətirəcək halın qarşısını almaq üçün nəzarətsiz qalan Azərbaycan torpaqları işğaldan azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Ən əsas prioritet isə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsidir.
Ermənistanın arxasında duranları fakt qarşısında qoymaqdan ötrü, Azərbaycan BMT-nin, eləcə də ATƏT-in fəaliyyətinin təkmilləşdirilməsi sahəsində təkliflər hazıralyıb, həmin qurumlara təqdim etməlidir və tərəfdaş ölkələrin köməyi ilə buna nail olmalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etməkdən ötrü dünyaya yaydığı yalançı erməni təbliğatının ifşa edilməsi istiqamətində işlərə sistem xarakteri verilməklə gücləndirilməlidir. Azərbaycan torpaqlarının işğal faktı davam etdikcə regionda sülhün bərqərar olması mümkünsüzdür”. Millət vəkili ölkədə hərbi vətənpərvərlik ruhunun və hərbi-psixoloji hazırlığın gücləndirilməsi istiqamətində genişmiqyaslı iş aparılmasını vacib hesab edir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info