“Müsəlman qardaşlar” xalqı üsyana çağırıb
Tarix: 08.07.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Qahirədə respublika qvardiyasının mənzil-qərargahına hücumun gedişində həlak olanların sayı 50 nəfərə çata bilər

İyulun 7-dən 8-nə keçən gecə “Müsəlman qardaşlar” hərəkatının fəalları Qahirədə respublika qvardiyasının mənzil-qərargahına hücum ediblər. Hərəkatın nümayəndələri bildiriblər ki, həlak olmuş “dinc nümayişçilər”in sayı 50 nəfərə çata bilər. İslamçıların ehtimalına görə, hərbçilər həmin gecə respublika qvardiyasının mənzil-qərargahı yanında təşkil edilmiş dinc etiraz aksiyasının iştirakçılarına atəş açıblar. “Əl-Ərəbiyyə” telekanalı tibbi mənbələrə istinadla xəbər verib ki, qarşıdurma zamanı 16 nəfər həlak olub.

“Ərəb dünyasına demokratiya təqdim edən Qərb
Misirdə baş verənlərə reaksiya verməyə qadir deyil”



Hərbçilərin özlərinin rəsmi bəyanatında isə bildirilir ki, bir dəstə silahlı şəxs Qahirədəki Salah Səlim küçəsindəki hərbi obyektə hücum edib. “Müsəlman qardaşlar” hərəkatında belə hesab edirlər ki, ölkənin sabiq prezidenti həmin obyektdədir. Bir ordu zabiti həlak olub, onlarca hərbçi yaralanıb. Yaralılardan 6 nəfərinin vəziyyəti ağırdır. Hücumun təxminən 2000 iştirakçısı saxlanılıb, onların üstündə olan odlu silah, döyüş sursatı, soyuq silah və içərisində yandırıcı maye olan şüşələr müsadirə edilib.
Təhqiqat aparılır. Polis hərbçilərə hücumun iştirakçılarının axtarışını davam etdirir. Misirin “Müsəlman qardaşlar” hərəkatı əhalini ölkədə hakimiyyəti ələ keçirmiş qüvvələrə qarşı üsyana çağırıb. “Reuters”in xəbərinə görə, bu barədə hərəkatın siyasi qanadı - Azadlıq və Ədalət Partiyası bəyanat yayıb. Bəyanat müəllifləri misirliləri tanklardan istifadə edərək inqilabın nailiyyətlərini oğurlamaq istəyənlərə qarşı üsyana səsləyiblər. Hərəkatın açıqlamasında Misirin Suriyaya çevrilməsinə yol verməmək və qan axıdılmasının davam etməsinin qarşısı almaq üçün beynəlxalq ictimaiyyətə çağırış da əksini tapıb. Misirdə baş verənlərə Qərbin qeyri-müəyyən münasibəti davam etməkdədir. Almaniya mətbuatı Misirdə baş verən hadisələrə geniş yer ayırıb. Belə ki, bu ölkənin “Şpigel” qəzeti Qərbin Misirdə baş verən olaylar qarşısında çaş-baş qaldığını yazıb. Qəzet Məhəmməd Mursinin vəzifədən kənarlaşdırılmasını belə izah edib: “Qərb özünü demokratiya sahəsində nümunə kimi göstərməyə çalışsa da, Misir və digər ərəb ölkələrində baş verən hadisələr qarşısında düzgün reaksiya verməkdə aciz qalıb”. Qəzet qeyd edir ki, Mursi vəzifəsindən kənarlaşdırılıb, ordu əsas gücü ələ keçirib, lakin Almaniya xarici siyasət idarəsi hələ də Misirdə baş verənlər qarşısında necə davaranacağını bilmir və vəziyyət belə davam edərsə, Almaniyanın Misirə etdiyi yardımlar dayandırıla bilər. Məqalədə vurğulanır ki, Almaniya parlamentinin Xarici siyasət komissiyasının sədri Ropreşt Polents belə bir məqamın Almaniya xarici siyasətində çətin bir hal olduğunu deyib. Onun sözlərinə görə, son vaxtlar çox tənqidlərə məruz qalan Mursi hökuməti zamanında Misir xalqının çoxluq təşkil edən səsi ilə seçilmişdi: “Demokratiya örnəyini ərəb dünyasına təqdim edən Qərb, hazırda Misirdə baş verənlərə reaksiya verməyə qadir deyil. Berlin və Vaşınqton Misirdəki dəyişikliklər barədə şəffaf mövqe tutmağa cəhd göstərirlər”. Qəzet yazır ki, Mursinin vəzifəsindən kənarlaşdırılması və ordunun hakimiyyətə gəlməsi Qərb xarici siyasətini problemlərlə üzləşdirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info