“ArmenianReport”: “Rus dili bizə lazım deyil”
Tarix: 09.11.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər



Ötən gün Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra xarici ölkələrlə yanaşı, Ermənistanda da rus dilinin sıxışdırıldığı barədə “RİA-Novosti” saytına açıqlama vermişdi.
Təbii ki, Rusiyanın rəsmi şəxsi tərəfindən ermənilərə qarşı səsləndirilən bu “ittiham” erməni saytlarnda “sərt təpki” ilə qarşılanıb. Xatırladaq ki, Ermənistanda rus dininə qarşı nümayiş etdirilən mənfi münasibət ruslar üçün elə də yenilik deyil. Onu da qeyd edək ki, Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra ölkədə rus dilinə qarşı “sayqısızlıq” daha açıq şəkildə nəzərə çarpmaqdadır. Təsadüfi deyil ki, yeni baş nazirin kadırı olan Araik Arutunyan ölkənin təhsil və elm naziri olduqdan sonra bundan sonra bütün yazışmaların rus dilində deyil, ancaq erməni dilində qəbul edilməyəcəyini bəyan etmişdi. Bundan əlavə bu gün İrəvandakı Rus Dram Teatrının qapadılacağı barədə xəbərlər də gündəmdə dolanmaqdadır. Mühakimənizə vermək istədiyim aşağıdakı fikirlər ermənilərin “ArmenianReport” saytında yer alıb. Həmin fikirləri bəzi istisnalarla diqqətinizə çatdırıram:
“Bu gün Ermənistanda rus məktəbləri bizim nəyimizə lazımdar? Axı, biz niyə rus dilini öyrənməliyik? Bəli, doğrudur, Rusiyada işləməyə məcbur olan soydaşlarımız bu dili öyrənmək məcburiyyətində qalacaq. Bunu həyat tələb edir. Amma buna baxmayaraq, son vaxtlar Rusiyaya işləmək üçün gedənlərin sayında azalma müşahidə edilməkdədir. Çünki son vaxtlar Rusiyanın sosial-iqtisadi problemləri güclənərək gəlmələr üçün böyük problemlər yaratmaqdadır. Yəni bu ölkəyə pul qazanmaq üçün getmək o qədər də sərfəli deyil. Bundan əlavə, bu ölkədə Qafqazdan gələnlər üşün həmişə problem olub. Məhz bütün bunlara rəğmən, nə üçün, Ermənistanın vətəndaşları, respublikanın gənc nəsli, Putinin hakim olduğu ölkənin dilini öyrənməlidirlər?
Hiyə dünyanın aparıcı universitetləri sırasında adı belə olmayan ölkənin dilini öyrənməliyik? Axı, orada nə öyrədirlər? Aldadıcı rus tarixinə məhəbbətmi? Buna görə də siz ruslar hansı əsasla xarici-rus dilini öyrənməyi bizdən tələb edə bilərsiniz? Bu, hər kəs kimi. bizim də şəxsi seçimimizdir. Artıq hər hansı bir həssas şəxs rus dilinə meyl edənlərin gələcəyinin olmadığını başa düşməyə başlayıb. Hətta Ukraynada belə rus dilindən daha çox ingilis, polyak, alman dilini öyrənməyə üstünlük verirlər. Və bu, Ukrayna, Baltikyanı ölkələr kimi, bizim üçün də "rus dünyası" adlanan bataqlıqdan qurtulmaq üçün mümkün olan bir addımdır.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info