Səhiyyə Nazirliyindən hemofiliyalı xəstələrin dərmanla təminatında yaranmış problemlə əlaqədar açıqlama
Tarix: 10.11.2018 | Saat: 09:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda hemofiliyalı xəstələrin dərmanla təminatında bir müddət əvvəl yaranmış problem tam şəkildə aradan qaldırılıb.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib.
N.Seyidovun sözlərinə görə, problemin həlli üçün Azərbaycana əlavə olaraq, 2 milyon ən yüksək səviyyəli, 3-cü nəsil laxtalanma faktorları gətirilib. Bununla yanaşı, bu ilin sonunadək Azərbaycana daha 2 milyon vahid laxtalanma faktorları gətiriləcək.
Nazirlik rəsmisi qeyd edib ki, adətən, ölkəyə dərmanların gətirilməsi üçün müəyyən tenderlər keçirilir, bu proseslə əlaqədar ilin sonunda dərmanların təminatında müəyyən problemlər ola bilir.
N.Seyidov hesab edir ki, bu ilin sonunadək ölkəyə əlavə olaraq, 2 milyon vahid laxtalanma faktorunun gətirilməsi gələn ilin yanvarında da dərmanla təminatda problemin yaranmasına imkan verməyəcək.
Hemofiliyalı xəstələrin dərmanla təminatının dövlət nəzarətində olduğunu vurğulayan N.Seyidov bu xəstələrin laxtalanma faktorları ilə dövlət tərəfindən təmin edildiyini söyləyib:
"Dərman preparatları xəstənin çəkisinə və yaşına uyğun olaraq verilir. Xəstənin çəkisi və yaşı artdıqca dərmanların tələb olunan dozası da əhəmiyyətli dərəcədə artır. Azərbaycanda daha çox "hemofiliya A" xəstəliyi geniş yayılıb. Bu xəstəlikdə də xüsusilə uşaqlar və ağır xəstələr üçün profilaktik inyeksiyalar müalicənin əsasını təşkil edir. Qanaxma zamanı aparılmış müalicə artıq gecikmiş müalicə sayılır. Ancaq müalicə profilaktik aparıldıqda həmin qanaxmalar olmur. Buna görə də artıq neçə illərdir ki, uşaqlar, orta ağır və ağır xəstələr profilaktik müalicə alırlar. Bu, ağır xəstələrin sayının azalmasına, əlilliyin qarşısının alınmasına, dövlətin sosial büdcəsinə yardım etməyə imkan verir".
N.Seyidov hər il hemofiliyalı xəstələrin sayının 40-50 nəfər artdığını da nəzərə çatdırıb.
Xatırladaq ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova sentyabr ayında Trend-ə verdiyi açıqlamasında hemofiliyalı xəstələrin dərmanla təminatında problemlərin yarandığını söyləmişdi: "Səhiyyə Nazirliyinin nümayəndəsi bizə bildirib ki, faktor konsentratlarının çatışmazlığı tələbatın çoxalması ilə əlaqədardır. Hemofiliyalı xəstələr üzərində edilən cərrahi əməliyyatlar da profilaktik müalicə üçün sərf olunan faktor konsentratlarının həcminin azalmasına səbəb olub".
Qeyd edək ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Miqren əleyhinə 5 effektli metod
09.12.2018
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
08.12.2018
Xaşın sağlamlıq üçün inanılmaz faydaları
07.12.2018
Quş qripi ilə bağlı xəbərdarlıq
07.12.2018
Xarkov vilayətində qrip və kəskin respirator virus infeksiyasına görə əlliyə yaxın məktəb bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info